9 C
Bakı
16 Dekabr 2025 23:31
CəmiyyətHadisə

Suad Qaranın “Məhsəti” filmi barədə ilk qənaətim – “kəllə suyu”

Suad Qaranın “Məshəti” filminin 10 dəqiqəlik bir fraqmentinə baxdım. Film bir çoxlarımızın düşündüyü kimi, Məshəti Gəncəvinin həyatından bəhs edən tarixi bir film deyil. Əksinə, hazırda yaşayan hansısa bir pozğun qadının başına gələnlərdən bəhs edir. Hətta deyərdim ki, Məshəti kod adını daşıyan bu qadın fiziki görünüş olaraq Suad Qaraya çox bənzəyir. Bəlkə də xanım rejissor öz həyat hekayəsini lentə alıb. Bəs, niyə filmin adını Məshəti qoyub? Bax, ictimai rəyi çaşdıran da budur.

Filmin tamamına baxmadığımdan bu suala dəqiq cavab verməkdə çətinlik çəkirəm. Amma o da mümkündür ki, mənim baxdığım 10 dəqiqəlik fraqment elə filmin tamamıdır. Çünki filmin qısametrajlı olduğu bildirilir. Adətən qısametrajlı film deyiləndə 52 dəqiqədən kiçik olan filmlər bu kateqoriyaya aid olunur. Hətta 5-7 dəqiqəlik filmlər də qısametrajlı sayılır. Bu məntiqlə, Suad Qaranın çəkdiyi film də 10 dəqiqəlik ola bilər, hətta bu özəlliyi ilə onu bir çox həmcinslərindən daha uzun film də dəyərləndirmək olar. Əgər belədirsə, o zaman mən bütün filmi izləmiş sayılıram və rahatlıqla onun barəsində fikir yürüdə bilərəm.

Müasir çağımızda yaşayan filmin qəhrəmanının Məshəti Gəncəvi adlandırılmasının sadə bir səbəbi var: qadın öz gerçək adını hamıdan gizlədir və eyş-işrət düşkünü olduğu üçün özünü Məshəti kimi təqdim edir. Beləliklə də “Məshəti Gəncəvi də mənim tayım olub” mesajını verir. Xətalı olan və tənqidə məruz qalan əsas məqam da elə budur: sən özünün kimliyin barədə film çəkirsənsə, tarixi şəxsiyyətləri niyə işə qarışdırırsan? Elə filmə birbaşa özünün adını qoy, məsələ də bitsin.

Fikrimcə, filmə “Məshəti” adının verilməsinin bir səbəbi var: rejissor ucuz populyarlıq qazanmaq üçün tarixi şəxsiyyətləri təhqir etmək yolunu tutub, bununla da öz “əsərini” reklam etdirmək istəyib.

Filmin ümumi xarakteristikası barədə bunları deyə bilərəm.

Mövzusu: “gəzəyən” (ifadə filmin ssenaristinə aiddir) bir qadının həyat hekayəsi;

Məzmunu: kəllə suyu;

İdeyası: tarixi milli şəxsiyyətlərimizi aşağılamaq və özünü kimlərəsə bənzədib təsəlli tapmaq.

 

Heydər Oğuz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Polşalı azarkeşlər belaruslu məşqçini döyüblər

redaktor

Elçin Babayevin 26,3 milyonluq tender əməliyyatı – BDU tenderləri niyə şübhəli şirkətlərə verir?

redaktor

Fərid Səfərlinin anası: “SEPAH oğlumun cəza müddətini artırmaq istəyirdi”

redaktor