Ən sağlam seçim: heç biri deyil.
Amma adi siqaretin ziyanı 100-dürsə, elektron siqaretin ziyanı maksimum 10-dur.
Ölkəmizdə minlərlə insan adi siqareti tərgidib elektron siqaretə keçib. İndi isə Azərbaycanda elektron siqaretlərin qadağan edilməsi planlaşdırılır. Niyə?
Bu qərarı verənlər dünya alimlərinin, beynəlxalq səhiyyə qurumlarının elmi araşdırmalarını kənara qoyub YouTube bloqerlərinin dedi-qodusu ilə hərəkət edirlər?
Yoxsa adi siqaret satanların müştərisi azalıb, elektronun satışı kontrol edilmir deyə monopoliya əl atırlar?
Fərq çox sadədir.
Adi siqaret yanır, elektron siqaret isə qızdırır.
Əsl siqaret yandıqda tütün, kağız, qətran, kimyəvi əlavələr və dadlandırıcılar birlikdə yanır, tüstü halında ağciyərlərə dolur, qanı oksigensiz qoyur, ciyərləri məhv edir.
Elektron siqaretdə isə maye yanmır, buxarlanır.
Qətran yoxdur, karbonmonoksid yoxdur.
Zəhərli maddələrin sayı dəfələrlə azdır.
Kabab bişirəndə, samovara üfürəndə necə boğulursansa, adi siqaret də eynilə odur.
Elektron siqaretdə isə 5–6 qram maye olur və onu bəzən bir ay çəkirsən.
Mən bunu özüm araşdırmamışam, laboratoriyam da yoxdur.
Amma bunu dünya səhiyyə mərkəzləri araşdırıb. İnstitutlar rəy bildirib. Avropada istehsal edilir. Mən də onların araşdırmalarını oxumuşam və məntiqlə, öz üzərimdə təcrübəmlə də haqlı olduqlarını görmüşəm.
