ABŞ-ın dövlətdən şirkətə keçməsinə qarşı dirənən başda Linkoln olmaqla (Garfield, Mak-Kinli) hamısı təmizləndi.
Vilsonu kresloya oturtmaqla nəhayət istədiklərini aldılar. Məşhur 17-ci əsr piratının nəslindən olan Con Pirpont Morqan Amerikada mərkəzi bankın yaradılmasını tələb edirdi. Pirpont Rotşildlərin ortağı idi və onların maraqları naminə hərəkət edirdi. O, dollar məbədinin (FED) yaradılmasını görmədi (31 mart 1913-cü ildə vəfat etdi), lakin Rotşildlərin digər ortağı Pol Varburq Federal Ehtiyat Sistemində aparıcı fiqur oldu.
Varburqlar Rotşildlərlə 1814-cü ildə evlənmişdilər. 1870-ci illərin birinci yarısında yəhudi bankir Yakob Şiff Kuhn, Leeb & Co. şirkətinin həmtəsisçisi Solomon Leeb-in böyük qızı Tereza ilə evləndi və bu, Şiffə (Rotşildlərin köməyi ilə) şirkətdəki payını satın almağa imkan verdi. Pol Varburq isə Solomonun ən kiçik qızı Nina ilə evlənmişdi…..
Nikson dövründə yenidən amerikanın şirkət funksiyasından dövlətə meyl etməsini görüncə Rokfellerlərin adamı Dövlət Katibi Kissincer Nikson üçün Votergeyt qalmaqalını yaradaraq Niksonun siyasi kariyerasını bitirdi. Karter dövrü isə tamamilə qlobal korporasiyaların hökmranlıq etdiyi dövrdür. Xüsusilə Karteri prezidentlik kürsüsünə oturdan Trilateral Commission(Üç Tərəfli Komissiya) üzvü olan Bzejinskini qeyd etmək yerinə düşər. Karter zaman-zaman Rokfellerlərin marionetkası deyil, müstəqil oyunçu olduğunu düşündüyü zaman ona kukla olmasını gözəl şəkildə xatırlatmışdılar….
Karter (1976-1980) Amerikanı dəyişdirməli olduğuna qərar verdi. Bu barədə 1979-cu il seçki kampaniyası zamanı danışmağa başlamışdı. Ona bunu etməməsi deyilsə də, amma o, “mülayim və mehriban məsləhətə” məhəl qoymadı. Və sonra Kaliforniyada, səfəri zamanı bir hadisə baş verdi. Polis iddia etdikləri kimi, onu öldürməyi planlaşdıran iki nəfəri bir salonda həbs etdi. Bu sui-qəsdçilərin adları açıqlandı. Adları Reymond Li Harvi və Osvald Ortiz. Adları cəmləsəniz, Kennedinin qatili olan Li Harvi Osvald alınır. Və Karter hər şeyi başa düşdü. Ağ Evə qayıdaraq hökumət üzərində nəzarəti itirdiyini və islahatlar həyata keçirməyəcəyini bildirdi.
Rəsmi olaraq Osvald Ortiz və Reymond Li Harvinin məhkum edildiyi və həbs edildiyi elan edildi. Bir il sonra jurnalistlər onları həbsxanalarda axtarmağa başladılar və məlum oldu ki, belə insanlar heç vaxt ABŞ həbsxanalarının ümumi elektron məlumat bazasında siyahıya alınmayıblar….
