CəmiyyətHadisəŞikayət

Nehrəm sakinləri: Yeni nümayəndə də Fuad Nəcəflinin yolunu gedir

Narazı sakinlər yeni səlahiyyətli nümayəndə Ceyhun Cəlilovun Nehrəm qəsəbəsində keçirdiyi vətəndaş qəbuluna buraxılmayıblar. O, əvvəlcədən hazırlanmış sakinləri qəbul edib. Babək rayon icra hakimiyyətindən şikayətçi olanlar isə, bu siyahıdan kənarda qlıblar. Bu haqda “Gündəlik Naxçıvan”a qəsəbə sakinləri məlumat veriblər.

Sosial vəziyyətinin ağırlığı ilə bağlı səlahiyyətli nümayəndə ilə görüşmək istəyən Ş. Muradova da qəbula buraxılmadığından şikaytə edir. O deyir ki, qəbula əsasən dövlət işində çalışan şəxslərin yaxınları buraxılıblar:

“Həmin şəxslərə də əvvəlcədən öyrətmişdilər ki, yüngülvari problemlərdən danışsınlar, Ceyhun Cəlilovu və icra baçşısını tərifləsinlər. Mənim kimi ciddi problemi olanları isə, yaxına da buraxmadılar. Sosial vəziyyətimiz ağırdır, övladlarım işsizdir. Getdim qapıdan buraxmadılar.

Adımı, soy adımı soruşdular. Siyahıya baxdılar, dedilər ki, siyahıda adın yoxdur. Bu necə qəbul oldu? Açıq görüş yoxdursa, qəbula siyahı ilə buraxırlarsa, deməli baş qatmaqdır. Öz adamlarını içəri yığıb görüntü yaradırlar. Onların da demək olar ki, heç bir problemi yoxdur.”

Nehrəm sakini N. Cabbarov isə, bir neçə gen öncədən siyahıya yazılmaq istəsə də mümkün olmayıb:

“Əvvəldən bilirdim ki, siyahı hazırlanır. Cəhd etsəm də siyahıya yazmadılar. 3 övladım var, hamısı işsizdir. Biri Türkiyədə işləyir. Onun köməkliyi ilə birtəhər dolanırıq. Övladıma iş istəyəcəkdim. Adım siyahıda olmasa da getdim qəbula. Buraxmadılar.

Narazılıq etdim polislər dedi ki, burada dayanma çıx get, adın siyahıda yoxdur. Mənim kimi bir neçəsini də içəri buraxmadılar, geri qaytardılar. Eyni vəziyyət Fuad Nəcəflinin iki il öncə təşkil etdiyi qəbulda da yaşanmışdı. Belə çıxır ki, yeni nümayəndə də onun yolunu gedir.”

Rəsmi məlumata görə isə, Nehrəm qəsəbəsində dekabrın 13-də baş tutan qəbulda səlahiyyətli nümayəndə 80 nəfərin müraciəti dinlənilib. (Gündəlik Naxçıvan)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Pərviz Bülbülə cəlb olunmamaq üçün bu addımı atdı – “Kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etmək…”

redaktor

Rus idmançı Bosfor boğazını keçərkən yoxa çıxdı

redaktor

Natəvan Babayevaya səhv diaqnoz qoyan həkim niyə cəzalandırılmır? – VİDEO

redaktor