CəmiyyətHadisə

Keçmiş Balakən rayon İcra Hakimiyi rüçvət aldığına və pul mənimsədiyinə görə həbs edilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu il oktyabrın 30-da həbs edilən keçmiş Balakən rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev ilə bağlı açıqlama yayıb.

Açıqlamaya görə, İ.Rzayevin icra başçısı çalışdığı dövrdə (2011-2025) dövlət büdcəsindən işsiz, aztəminatlı şəxslərə, habelə rayon ərazisində təmir-tikinti, abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini mənimsəməsinə, vəzifəli şəxslərdən və iş adamlarından rüşvət almasına şübhə yaranıb: “İslam Rzayev saxlanılaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Bu açıqlamaya İ.Rzayevdən və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb. Həmin ittihamlarla şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Oğlan boşananda “narkoman”, qız boşananda “yolunu azmış” olur…”

redaktor

Bakıda atmosferi çirkləndirən daş karxanası cərimələndi

redaktor

Həkim KT və MRT ilə bağlı mifləri dağıtdı

redaktor