Cəmiyyət

“Bravo” endirimli qiymətlərlə müxtərilərini belə aldadıb

“Şüvəlan Bravo3” marketdə “NOG Portağallı Peçenye 100gr” adlı məhsulun qiymət kağızında endirimli qiymətinin 0.80 manat göstərilməsinə baxmayaraq 0,99 manata satılıb. Bununla da “Bravo” hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib. Xəzər Rayon Məhkəməsinin qərarı ilə “Bravo”ya 4 min manat məbləğində cərimə yazılıb.

Bundan əlavə, Xətai rayonunda yerləşən “Bravo” marketdə “Valesto Brinza pendirli börək” adlı məhsulun vitrində qiymətinin 1.05 manat göstərilməsinə baxmayaraq kassada 1.29 manatdan hesbalanaraq 2 ədədi 2.58 manata müştəriyə satılıb. Bu da marketlər şəbəkəsi barədə protokol yazılmasına səbəb olub. Xətai Rayon Məhkəməsinin qərarı ilə 4 min manat məbləğində cərimə yazılıb.

Digər fakt Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllədə yerləşən “Bravo” marketdə qeydə alınıb. Üzərində qiyməti 15,05 manat olan “Raffaello” adlı məhsul kassada 16,50 manata satılıb. Antiinhisar və İstehlak Bazarına NəzarətDövlət Agentliyi tərəfindən marketə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə protokol yazılıb. İnzibati xəta törətməsinə dair material Nərimanov Rayon Məhkəməsinə daxil olub. Məhkəmənin qərarı ilə “Bravo”ya daha 4 min manat məbləğində cərimə yazılıb.

Daha əvvəl də işıqlandırılan, digər qanun pozuntusu “Bravo” marketdə 2 litirlik plastik qablaşdırmada olan “Aquavita” adlı qazsız suyun qiymət kağızında qiymətinin 0,92 manat göstərilməsinə baxmayaraq kassada 1.09 manata satılması olub. Bu qanun pozuntusuna görə də Səbal Rayon Məhkəməsinin qərarı ilə market 4 min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-dir. MMC-nin Baş İcraçı direktoru Jaime Teixeiradır.(Reportyor.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Budur məsələnin mahiyyəti və bizim gündəmdə olası mövzu. Kimin kimə necə baxması, nə deməsi yox” – Kamran Cəfərov

admin

İnternetdə ədalətsizlik: 5-10 min maaş alan da, 320 manat pensiya alan da eyni 25 manatı ödəyir.

redaktor

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

redaktor