DünyaSiyasət

Aİ Ukraynaya real təhlükəsizlik zəmanətləri təklif etməyə borcludur – Kaya Kallas

Əgər Ukraynanın NATO-ya üzvlüyü məsələsi artıq gündəmdə deyilsə, Avropa İttifaqı (Aİ) Ukraynaya real təhlükəsizlik zəmanətləri təklif etməyə borcludur.

Tacxeber.com xəbər veriri ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Aİ-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü ərəfəsində bildirib.

“Son 100 il ərzində Rusiya azı 19 ölkəyə hücum edib, bəzilərinə isə üç-dörd dəfə. Bu ölkələrin heç biri Rusiyaya hücum etməyib. Ona görə də onun heç bir təhlükəsizlik zəmanətinə ehtiyacı yoxdur. Təhlükəsizlik zəmanətləri isə hamıdan çox digərlərinə lazımdır”,– Kallas vurğulayıb. (APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahunu silib atmışıq – Ərdoğan

redaktor

Netanyahu sərhədə gəldi: Baxın, məhv edirik!

redaktor

İsrail iki cəbhədə müharibə apara bilməyəcək – İran

redaktor