Son əsrdə 300-dən çox təyyarənin itməsi qeydə alınıb. Texnologiyadakı irəliləyişlərə baxmayaraq, əksəriyyəti heç vaxt tapılmayıb və sərnişinlərin və heyət üzvlərinin taleyi hələ də məlum deyil. Onların arasında Qafqaz yaxınlığında itkin düşən İl-12 də var.
11 oktyabr 1948-ci ildə Özbəkistan Mülki Aviasiya Administrasiyasının İl-12 sərnişin təyyarəsi Daşkənddən Soçiyə yola düşür. Saat 11:15-də təyyarə Bakıya eniş etdi və Mineralnıye Vodıya getməli idi. Lakin hava şəraitinə görə pilotlar uçuşu başqa yerə yönəltmək qərarına gəldilər. Ekipaj və sərnişinlər gecəni Azərbaycanın paytaxtında qaldılar. Təyyarənin planlaşdırılan marşrutu (Bakı-Yevlax-Tbilisi-Adler) bu dağlıq ərazinin yaxınlığından keçirdi.
12 oktyabrda saat 10:40-da təyyarə Yevlax və Tbilisi üzərindən Soçiyə yola düşdü. Təyyarədə 10 nəfər var idi: altı heyət üzvü və dörd sərnişin. Uçuş 3000 metr hündürlükdə baş tutdu. Hava şəraiti əlverişsiz idi: buludlu səma, yağış və buzlanma, görünürlük təxminən 4 kilometr idi.
Uçuşun qırx dəqiqəsində radio operatoru ilə əlaqə kəsilir. Bir müddətdən sonra axtarış başladı, lakin nəticəsiz qaldı. L1450 nömrəli İl-12 təyyarəsi Baş Qafqaz silsiləsinin dağlarında yoxa çıxdı və itkin düşmüş elan edildi.
Təyyarə qəzaya uğradıqdan sonra uzun illər boyu təyyarənin qalıqları və ya içindəki insanların taleyi haqqında dəqiq məlumat tapılmamışdır. Təyyarədəki 10 nəfərin (6 ekipaj üzvü, 4 sərnişin) taleyi müəmmalı qalmışdır. Rəsmi istintaq komissiyasının rəyinə görə, qəzaya rabitə nasazlığı, buzlanma və nəticədə dağa çırpılma səbəb olmuşdur. Lakin təyyarənin heç bir qalığının tapılmaması səbəbindən bu səbəb illərlə fərziyyə olaraq qalmışdır.
Bundan sonra əhali arasında mifik fikirlər yaranır. Guya təyyarə lənətlənmiş yerin üzərindən keçəndə hadisə baş verib. Rusiyada və Azərbaycanda hətta rəvayətlər yayılır. Təyyarənin illərlə tapılmaması səbəbindən, qəzanın Baş Qafqaz silsiləsindəki qeyri-adi bir qüvvə və ya “Azərbaycan üçbucağı” kimi yerli anomaliya tərəfindən törədildiyi iddiaları ortaya çıxardı.
Bu barədə araşdırma edəndə rast gəldiyim yaşlı insanların sözlərinə görə belə bir rəvayət də yayılmış idi ki, guya təyyarəni yad planetlilər qaçırıb. 1940-cı illərin sonu bütün dünyada “uçan naməlum obyektlər” haqqında fərziyyələrin yayıldığı dövr idi. Bəzi hallarda, naməlum səbəbdən itkin düşən təyyarələrin yadplanetlilər tərəfindən vurulduğu və ya qaçırıldığı barədə fərziyyələr irəli sürülürdü o dövrdə.
Hətta yerli əhali arasında deyilirdi ki, dağ kəndliləri partlayış səsi eşidib və çobanlar naməlum adamlar görüblər. Bütün bunlar kimi şifahi şayiələr əhali arasında yayılmış idi.
Sovet və sonrakı populyar saytlarda, bloqlarda və tarix-maraqlı rubrikalarında bu itkin düşmə “Qafqaz dağlarının sirri” kimi başlıqlarla verilib. Bu yazılarda bəzən qeyri-rasional və fərziyyə xarakterli versiyalar yazılırdı, amma bunların arxasında faktiki arxiv-sənəd və sübut yoxdur bu gündə.
Mülki təyyarənin əslində hərbi bir tapşırığı yerinə yetirdiyi, məxfi sənədləri daşıdığı, və ya Sovet hərbi hava qüvvələri tərəfindən səhvən vurulduğu barədə fərziyyələr də var idi.
Belə hekayələr rəsmi versiyaya inamsızlığın nəticəsi idi.
Təyyarənin qalıqları yalnız 1980-ci illərdə tapıldığı üçün bu 10 nəfərin taleyi 30 ildən çox müddət ərzində naməlum qalmışdı.
