DünyaSiyasət

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib.

Tacxeber.com xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını “New York Times” açıqlayıb.

“Cavabda bildirilib ki, Kiyev Ukraynanın şərqindəki ərazilərə nəzarəti saxlamalıdır. ABŞ-nin Ukraynanın NATO-ya üzv olmaq hüququndan imtina etməsi tələbi də rədd edilib”, – məlumatda deyilir.

Qeyd olunub ki, Trampın Donbasın Rusiyaya verilməsi və alyansdan imtinası tələbləri Kiyevin “qırmızı xətlərini” keçir.

Məqalədə vurğulanıb ki, cavab Ukrayna Prezidenti Volodimir Zelenskinin London, Brüssel və Romaya səfərlərindən sonra hazırlanıb. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan Putinə qarşı QƏRAR VERDİ

redaktor

Netanyahu Qəzzada müharibənin sonu üçün şərt qoydu

redaktor

Kreml nüvə silahını işə salacaq: Qərbin qarşısında iki seçim… – ŞOK DETALLAR

admin