İspaniya nəhəngi “Barselona” ilə bağlı futbol dünyasını silkələyə biləcək iddia gündəmə gəlib.
İspaniyalı jurnalist Fransua Qallardonun yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman katalon klubunu satın almaq variantını nəzərdən keçirir.
Bildirilir ki, mümkün anlaşmanın dəyəri 10 milyard avro civarındadır. Bu sövdələşmə baş tutacağı halda, “Barselona”nın hazırda üzləşdiyi təxminən 2,5 milyard avroluq borcun tam şəkildə bağlanması mümkün ola bilər.
Qeyd edək ki, maliyyə məsələləri ilə bağlı iddialar fonunda komanda meydandakı çıxışını uğurla davam etdirir. Katalonlar hazırda turnir cədvəlində liderliyini qoruyur. (Qol.az)
