DünyaSiyasət

Qadın inkişafının ölkə üçün vacibliyi…

Bu sual hər zaman insan fikirlərində dövr edir: niyə, müsəlman dünyası xristian dinli Qərbdən, eləcə də dinsiz Yaponiya, Çin şərqindən geriyə qalır? İnkişaf, elm-texnika, yaşam durumunda!

Yaxud, real hıqəqətli və əyani faktla sual verək. Niyə, müsəlman ölkələrindən yüz minlər gedir, xristian Avropaya sığınacaq üçün pənah aparır, amma, Avropadan, Almaniyadan bir nəfər belə müsəlman ölkələrinə pənah aparmır? Nədir, bu təəssüflü inkişafsızlıq durumunun əsas səbəbi?

Səbəblər çox ola bilər. Ancaq əsas səbəb kimi, mən, bir sıra sahələrdə qadın inkişafına, onun vacib sahələrdə fəaliyyətinə qadağada bilirəm. Ölkənin tən, qadın yarısı üçün məhdudiyyətdə!

Fikir verirsinizmi, son onilliklər dünyada inkişaf getdikcə müxtəlif sahələrdə, xüsusən siyasətdə və yüksək vəzifələrdə qadın fəaliyyətinin inkişaf göstəriciləri artır. Deyirlər ki, ümumi sivil inkişaf var ona görədir qadın lüt inkişafı. Bəlkə, əksinə, qadın inkişafıdır, ümumi ölkə inkişafına səbəb?

Harada ki, ölkənin tən qadın yarısı da, müxtəlif sahələrdə fəaliyyət üçün sayılır, onlara etimad, etibar edilir. Ümumi, ölkə inkişafına qoşulurlar. Yəni ölkə, cəmiyyət tam çalışır, “yarımcan” yox.

P. S.
Şəkildə, İtaliya kimi sərt, qarışıq, həm də mafia çoxluqlu ölkənin cəmi, 160 sm boyda və 50 kq. çəkidəki, amma ki, savadlı, bacarıqlı, çalışqan, və qətiyyətli baş naziri, Corciya Meloni xanım.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Bayden Putini ələ saldı

redaktor

Sonuncu rəqs

admin

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir – Kobaxidze

redaktor