DünyaSiyasət

Müharibə ərəfəsində, 4 il öncə

Ukraynaya qarşı Rusiyanın cinayətkar müharibəsini tətikləyən əsas məsələlərdən biri Moskvanın iki və ya çox qütblü dünya düzəni formalşadırmaq arzusu idi. Bu məqsədlə də təxminən 4 il öncə, 17 dekabr 2021-ci ildə Rusiya ABŞ və NATO-ya qarşı ultimatum irəli sürərək NATO-nun Şərqə doğru genişlənməsindən, Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına dair “Buxarest formulu”ndan və NATO-ya üzv olan postsovet dövlətlərin ərazisində hərbi bazaların yaradılmasından imtina edilməsi tələbi irəli sürdü. Moskva həmçinin Şimali Atlantika Alyansının infrastrukturlarının Rusiya-NATO təsis aktının imzalandığı 1997-ci il vəziyyətinə qaytarmağı tələb edirdi.

Bu hadisədən iki ay sonra, 17 fevral 2022-ci ildə ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağrılaraq ona Kremlin yeni ultimatumu təqdim edildi. Sənədin rəsmi adı “Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsi” adlansa da, ona görə ultimatum kimi dəyərləndirilirdi ki, Moskva Vaşinqtona qarşı tələblər irəli sürərək onların qəbul olunmasını tələb edirdi.

Moskvanın ikinci ultimatumunda Ukrayna ətrafındakı gərginlyin azaldılması üçün ABŞ-ın Şərqi, Mərkəzi və Cənub-Şərqi Avropa, eləcə də Baltikyanı ölkələrdə yerləşdirilmiş bütün hərbi texnika və silahlarının çıxarması, Ukraynaya verilmiş bütün silahların geri alınması, silah tədarükünün dayandırılması, NATO ölkələrinin Ukrayna Silahlı Qüvvələri ilə birgə təlimlərdən imtina edilməsi tələb olunurdu.
Moskvanın ikinci ultimatumunda Kreml özünə məxsus riyakarlıqla Ukraynanı işğala hazırlaşmadığını, Qərb ölkələrinin bununla bağlı bəyanatlarını isə “Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini ucuzlaşdırmaq cəhdi” kimi ifadə etmişdi.

Kreml ikinci ultimatumu ABŞ-ın Moskvadakı səfiri Con Sallivana təqdim edəndən düz bir həftə sonra, 24 fevral 2022-ci ildə Ukraynaya qarşı qəfil işğalçılıq müharibəsinə başladı. Bu hadisə Moskvanın diplomatik yolla nail ola bilmədiyi iki və ya çox qütblü dünya düzənini güc yolu ilə formalşadırmaq cəhdi idi. Müharibəyə başlarkən Moskvanın hədəfi iki həftə ərzində Ukrayna, sonrakı bir gün ərzində Moldova üzərində nəzarəti ələ keçirmək, ondan sonra ordularının üzünü Mərkəzi Asiya və Cənubi Qafqaza doğru çevirərək 24 mart 2022-ci ilə qədər 11 postsovet respublikasını şərti adı “SSRİ. 2” olan imperiyanın sərhədləri daxilinə qatmağı hədəfləmişdi. Bütün dünya boyunca əksəriyyət Rusiyanın bu iddialarının gerçəkləşəcəyinə şübhə etmirdi.
Prezident Volodimir Zelenskinin ABŞ-dan gələn təxliyə təklifindən imtina edərək müqavimət hərəkatına komandanlığı üzərinə götürməsi, Böyük Britaniyanın əfsanəvi Baş naziri Boris Consunun “Putinin döyüş maşınının məhv edilməsi üçün əlimdən gələni edəcəyəm” bəyanatı Rusiya işğalına qarşı bütün dünya boyunca nəhəng müqavimət hərəkatını alovlandırdı. Həmin günlər bəşəriyyət tarixinin ən şanlı səhifələrindən birinin yazıldığı tarixi günlər idi.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Volodimir Zelenski: “Qələbəyə qədər güclü olmalıyıq”

redaktor

Əsədi devirən Culani kimdir? – Şok dosye

redaktor

“İmam Əli Mərkəzi” casus yuvasıdır – Nazir

admin