DünyaTexnologiya

Çin dünyanın ən böyük PUA-sını təqdim edib

Çin ilk dəfə olaraq dünyanın ən böyük pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

Bloomberg” agentliyinin məlumatına əsasən, “Tszyutan” (“Jiutian SS-UAV”) ağır PUA-sı ilk uçuşunu uğurla başa çatdırıb.

PUA-nın qanad uzunluğu 16 metrdən çoxdur. Maksimum uçuş kütləsi 16 ton, yükdaşıma qabiliyyəti isə 6 tondur. “Tszyutan” 12 saata qədər avtonom işləyə, 7 000 km məsafə qət edə bilər, maksimal uçuş hündürlüyü 15 000 metrdir.

PUA 100-dən çox dron və ya kiçik raketin buraxılması üçün nəzərdə tutulub.

O, müxtəlif tapşırıqlar üçün istifadə edilə bilər: ucqar bölgələrə ağır yüklərin dəqiq çatdırılması, fövqəladə rabitənin bərpası, təbii fəlakətlər zamanı yardım göstərilməsi, coğrafi çəkiliş xidmətləri, fəlakət zamanı vəziyyətin qiymətləndirilməsi və faydalı qazıntıların axtarışı. (Banker)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İstanbulda 6 nəfərin ölümünə və 81 nəfərin yaralanmasına səbəb olan qadının adı bilindi

admin

Teleqramın qurucusunun Bakıda görüşdüyü qız da yoxa çıxıb – FOTO

admin

Ən “gözəl” erməni modeli silahlı VoMA-nın üzvü oldu – VİDEO

redaktor