Bir imza və bir şeir rubrikamızın bu axşamkı qonağı Ramiz Rövşəndir.
Qeyd edək ki, Ramiz müəllimin şeirinin təhlili həm şəxsi mülahizələrimiz, həm də auditoriyanın istək və rəyləri əsasında hazırlanmışdır. Əziz sənətsevərlər, göründüyü kimi, sizin istək və təklifləriniz ciddiyə alınır və müzakirə olunur…
Bəzən şeir, atılmış bir kağızda, bir quşun dimdiyində göy üzünü gəzib-dolanır və xoşbəxt bir budağa qonduğu zaman bəxti gətirən bir əsərə çevrilir. Bəzən də söz, sıldırımlı, nəhəng dağların özüdür, lakin bu dağ yerini dəyişmir ki, dəyişmir. Necə deyərlər: hündür dağların dibi yaxın olar. Ancaq hamı həmin quşun dimdiyindəki kağızın içindəki şeirdən danışır. Çünki orada şeir özü deyil, onu üçüncü bir qüvvənin varlığı göy üzünə qaldırdı. Ramiz Rövşəni də elə bu qüvvə qaldırdı.
Keçək bu qüvvənin bizə öyrətdiyi şeiri oxuyaq;
Böyüyüb bu körpə ilan balası, gah o başa, gah bu başa sürünür. Sevinir udduğu havaya, suya, Torpağa sevinir,daşa sevinir.
Bir sevgi həvəsi dolur canına, Gecələr gözünün itir yuxusu. Çiçəyin qoxusu, otun qoxusu, Küləyin nəfəsi dolur canına. Özündən xəbərsiz, səssiz-səmirsiz Zəhərə çevrilir canında hər şey. Bu ilan balası bir vaxt Canında gizlənən zəhərdən xəbər tutacaq. Bəlkə qarğıyacaq baxtını onda, Bəlkə boğazını qəhər tutacaq. Ağlama, ağlama, ilan balası, Baxtını qarğıma, ilan balası! Bu da bir ömürdü, dözəsən gərək, Beləymiş taleyin əmri, buyruğu; Döşünün altında sevən bir ürək, Dişinin altında zəhər tuluğu. Görənlər çığırar: –İlan var, ilan!.. Qovduqca qovarlar səni dünyada. Hər yandan kəsilər yolun-yolağın, Tək bircə yol qalar sənə dünyada; Başından quyruğunacan, Zəhərli dişindən Quyruğunacan Tək bircə yol qalar, – o yol özünsən, Özün öz yolunsan, ilan balası. Hara qaçacaqsan göz qabağından, Bu zalım dünyaya neyləyəcəksən? Yüz yol çıxacaqsan öz qabığından, Özündən ayrıla bilməyəcəksən. Öyrən, yavaş-yavaş özünə öyrən, Dünyanın hər cürə üzünə öyrən.
Barış canındakı zəhərli dərdlə, iyrənmə özündən, ilan balası. Bəlkə də, ən acı həqiqət elə sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə, tanrı özü seçib bu yolu bəlkə. Yüz cür sifətiylə, yüz cür üzüylə dünya səndən keçib durulur bəlkə
Bu şeirdə müəllif, Zəhər və Təsəllinin diktaturasını öyrətdi bizə Bu şeir nəinki Ramiz Rövşənin ən böyük övladı həm də müsəlman Şərqinin psixoloji kodudur. Bu, o koddur ki, milyonlarla insanı həm sevdirir, həm də təslim edir. Şairin Sənədli Realizmi Şeir körpə ilan balasının ilk sevinc anları ilə başlayır. Bu, gəncliyin, saflığın, daha zəhərlənməmiş şüurun portretidir….Sevinir udduğu havaya, suya, Torpağa sevinir, daşa sevinir…. Amma Şərq təfəkküründə bu saflıq qısa sürür. Sevgi, qoxu, külək, hər şey ilan balasının canında zəhərə dönür.
Bu şeir bizə sübut edir ki, Şərqdə xoşbəxtlik, sevinc və təbiətə bağlılıq bir müddət sonra fərdin öz taleyinə, öz fərdi haqqına qarşı zəhər istehsal edən mexanizmə çevrilir. Səbəb isə İnsan və Tanrı onu başqa cür qəbul etməyəcək.
Ən kəskin məqam taleyə boyun əymək məsələsidir. …Döşünün altında sevən bir ürək, Dişinin altında zəhər tuluğu… Bu, fərdin əbədi dilemması kimi çıxış edir, amma əslində çox qədim bir təsəllidir. Ramiz Rövşən Aşıq Ələsgərin …Nahaq qan eylər… ruhunu ilana köçürərək, ziddiyyətli taleyə sadəcə dözməyi təklif edir. Aşıq Ələsgərdə təbiətin ikili gücünə edilən fəlsəfi ehtiram Ramizdə fərdi qismətin əbədiliyinə çevrilir. Yəni klassikanın sərbəstliyi, novatorluq deyil
Ümumi bir məqamı qeyd etmək istərdim, əvvəldə bəhs etdiyim Aşıq Ələsgər məsələsi qarışıqlıq yaratmasın. Mənim fikrimcə, ədəbiyyatşünaslıqda ruhun reinkarnasiyası mövcuddur. Bu, bir ruhun yenidən doğulmasıdır və plagiat sayılmır. Bu, sadəcə ruhi təkrarçılıqdır. Bəzən müəllif özü belə bu təkrarlanmanın fərqində olmur. Şüuraltı təsirləri anlamaq mümkün olsa da, ruhun güzgüsünü görmək və izah etmək çətindir…
Bu şeir fərdi kütlə qarşısında sakitləşdirmək üçün klassik sənət növündən istifadə edir. O deyir ki, sən pis deyilsən, taleyin belədir. Bu, kollektiv günah yükünü qismətin üzərinə atmağın ən ustalıqla hazırlanmış poetik yoludur. Bu şeir, fərdi mübarizəyə çağıran deyil, onu sakitcə ölməyə razı salan şeirdir. Zəhərin Ədalət Mənbəyi Olması Şeir zirvəyə çatanda artıq ilan balası sadəcə qurban deyil, filosofdur. Bəlkə də, ən acı həqiqət elə sənsən yer üzündə, ilan balası…
Sənsən haqqın yolu bu yer üzündə, tanrı özü seçib bu yolu bəlkə. Yüz cür sifətiylə, yüz cür üzüylə dünya səndən keçib durulur bəlkə
Bu, mental təslimçiliyin özünü ilahiləşdirməsidir. Müəllif ilan balasına deyir, Sən qurban yox, Tanrının seçdiyi şəxsən, bir növ dini rituallığın hökmranlığı. Dünya, yəni ikinci dərəcəli, riyakar insanlar, sənin varlığının zəhərindən keçib təmizlənir. Bu fərdə verilən ən böyük təsəllidir ki, o, kənarlaşdırılmış olsa da, missiyası var.
Bu, modern poeziyanın deyil, psixoloji kompensasiyanın sənətidir. O, bizə cəmiyyətdən qovulmuş, fərqli fərdə qürurla zəhərini daşımağı öyrədir. Bu, möhtəşəm bir örnəkdir, amma müasir deyil. Çünki müasirlik zəhəri qəbul etməyi deyil, onu dönüşdürməyi tələb edir. …İlan Balası…Ramiz Rövşəni nəhəng edən o faktdır ki, o, min illik təslimiyyət ruhunu götürüb, onu azadlıq nəfəsi kimi satır. Bu, ədəbi marketinqin şah əsəridir.
Şeirin leksik axıcılığı və sintaktik şəffaflığı heyrətamizdir. Bununla belə, alt qatda hiss olunan klassik nəfəsin termal enerjisi mətnə müəyyən bir ağırlıq və əzəmət bəxş edir. Bu kontekstdə, sözügedən əsər humanitar sivilizasiyanın deyil, bilavasitə Azərbaycanın müasir estetik və fəlsəfi sazıdır, milli özünütəsdiqin intonasiyasıdır.
Buradakı sənətkarlıq, sadəcə olaraq konseptual fikrin dil arxitekturasına uğurlu bir şəkildə köçürülməsidir. Həqiqətən də, ilanın arxetipik atributlarını insanın psixoloji şüur qatında xüsusi bir ustalıqla metaforik proyeksiyası, bədii-sənət innovasiyası baxımından epoxal bir təravət daşıyır.
Ancaq, seçilmiş linqvistik kod və morfoloji sistem baxımından, bu yanaşma klassik irsin müəyyən re-aktualizasiyası kimi çıxış edir və bu da mətnə həm dayanıqlıq, həm də zamanla müəyyən distansiya verir. Bu, şeiri həm əbədi, həm də keçid mərhələsində olan bir sənət nümunəsinə çevirən yüksək bir dilçilik oyunudur.
Azadlıq, Taleyin Proqramı və Subyektiv İnversiya Şeirin ideoloji skeleti və fəlsəfi təzyiqi, sosial irsiyyətin qaçılmaz nəticələrini, demokratik mühitin azadlığı təmin etdiyi halda, totalitar sistemin öz təkrarlanan modelini yaratması prinsipini təsdiqləyir. Bu, ictimai-siyasi determinizmin aydın bir təsdiqidir. Bu universal qanun, verilmiş emosional yükə malik hissədə fərdin daxili dünyasına proyeksiya olunur, Bu ilan balası bir vaxt Canında gizlənən zəhərdən xəbər tutacaq.
Bəlkə qarğıyacaq baxtını onda, Bəlkə boğazını qəhər tutacaq. Ağlama, ağlama, ilan balası, Baxtını qarğıma, ilan balası! Burada, fərdin öz bioloji və psixoloji mirasındakı “zəhəri” (potensial aqressiyanı, mənfi taleyi) dərk etməsi anı özünüdərk kimi təqdim olunur. Bu dərk anı kədər və qəzəb doğurur. Lakin mətnin sonrakı inkişafı, sizin də diqqət çəkdiyiniz kimi, maraqlı bir reversiya yaşayır. Müəllif əvvəlcə qurduğu qətiyyətli …mental proqramdan… (ilanın zəhəri qaçılmazdır) uzaqlaşaraq, humanist bir mövqeyə keçir. Bu subyektiv inversiya müəllifin şüurlu seçimidir. O, sosial qanunların gücünü təsdiqləyir (ilan balası zəhər daşıyır). Lakin sonda bu qanunlara tabe olmamağı təlqin edir (Baxtını qarğıma!). Bu, əsəri iki fəlsəfi cərəyanın kəsişməsinə aparır, Simvolizm və Determinizm Müəllif, sərt reallıqla üz-üzə gəldikdə, insan ruhunun müqavimətini seçir. Və toplumun mədəni-irsi davamına məğlub olur, onun yaratdığı nəsnəyə isə sadəcə olaraq bu məğlubiyyətin içindəki klassik rənglərlə cavab verir.