CəmiyyətDünya

“Süni İntellekt psixozu” nədir? –İnsan gerçəklik və xəyal arasında ağlını itirir

“Süni İntellekt psixozu” nədir və çatbotlar xəstəxanalarda istifadəçiləri necə cəlb edə bilər?

Tacxeber.combildirir ki, ARD radionun “Süni Yaxınlıq” proqramında bir neçə şəxs süni intellektlə uzun müddət qarşılıqlı əlaqədə olduqdan sonra uydurmanı reallıqdan ayırd etmək qabiliyyətini necə itirdiklərindən danışıb. Onların arasında illüziya dünyasına qərq olmuş bir İT mütəxəssisi də olub. O, bir neçə həftə xəstəxanada yatmalı olub.

Hələ 2023-cü ildə danimarkalı psixiatr Soren Osterqaard süni intellektdən qaynaqlanan psixoz barədə xəbərdarlıq etmişdi. O, çatbotların kövrək psixi əhvalı olan insanlarda xəyali ideyaları təhrik edə və ya gücləndirə biləcəyini iddia etmişdi. Bunun səbəbi bir çox çatbotların istifadəçiləri, xüsusən də absurd ideyaları və nəzəriyyələri təkzib etmək əvəzinə, tərifləməklə onları özünə cəlb etmək üçün öyrədilməsidir.

Başqa bir alim Mark Avqustin “Süni İntellekt psixozu”vəziyyətində insanın “tanrıya bənzər süni intellekt”lə təmasda olduğunu iddia etməsini vurğulayıb. Digəri süni intellektdən istifadə edərək “reallıq haqqında gizli həqiqətləri kəşf etdiyi”ni deyib.  Lakin, hələlik “Sİ psixozu” üçün diaqnoz qoyulmayıb. Sİ-nin rolu hələ də aydın deyil: o, ruhi pozğunluğu törədirmi, mövcud olanı şiddətləndirirmi, yoxsa sadəcə ruhi sağlamlıq böhranı zamanı insanı müşayiət edir?
ChatGPT-ni hazırlayan OpenAI şirkətinin hesablamalarına görə, aktiv istifadəçilərinin təxminən 0,07%-i (təxminən 560.000 nəfər) psixoz və ya manik sindrom əlamətləri göstərir.(AzPost)

 

Tacxeber.com

Oxşar xəbərlər

Haluk Bayraktar: “Azərbaycandan sonra sırada Pakistan və İndonezya da var”

redaktor

Zelenskinin həyat yoldaşı ilk dəfə İsrailə səfər edəcək – Müəmmalı səfər

redaktor

Ukraynanın Azərbaycandakı səfirliyi bayraqlarını endirib

redaktor