Donald Tramp və Recep Tayyip Erdoğan arasında müdafiə sahəsində əməkdaşlığa dair dialoqlar davam edir. Bunların arasında S-400 zenit-raket kompleksi ilə F-35 təyyarələri əsas yer tutur.
Ankara və Vaşinqtonnarasında Türkiyənin F-35 proqramına yenidən daxil edilməsi ilə bağlı danışıqlar davam edir və ABŞ-ın diplomatik mənbələri bunu təsdiq edirlər. Müşahidəçilər bu danışıqları “son 10 ilin ən məhsuldar dialoqları” kimi qiymətləndirdirirlər.
Nəticə olması üçün Amerikan irəli yalnız bir şərt sürür: “Türkiyən rusların S-400 sistemindən imtina etməlidir (Ancaq Vaşınqton Türkiyəyə S-400-ləri əvəz edəcək heç nə təklif etmir).
Məsələ çox mürəkkəbdir. Və bütün bunlar azmış ortaya “Naxçıvan variantı” deyə plan da atılıb. Əvvəllər də gündəmə gətirilən varianta görə Türkiyə S-400 komplekslərini öz ərazisindən çıxarıb Naxçıvanda yerləşdirəcək. “Naxçıvanda S-400 Triumf sisteminin yerləşdirilməsi” və qarşılığında “F-35 Lightning II proqramına qayıdış” kombinasiyası halında — bu, hələ ictimai və diplomatik olaraq rəsmi təsdiqini tapmasa da – Moskva və Vaşinqtonu müəyyən mənada qane edə bilər.
Ermənilərin təzyiqi kimi arqumentlər səslənsə də, məncə, İrəvan və erməni lobisinin məsələyə təsir imkanları yox deyəcək qədər azdır. Bu, öz yerində…Ancaq “Naxçıvan variantı” iddiası hələlik spekulyativ bir ehtimaldır. Digər yandan “F-35-ə qayıdış + S-400-lərin saxlanması (məsələn, başqa bölgədə)” variantı əvvəlki illərdə NATO və ABŞ tərəfindən təhlükəsizlik baxımından müsbət qarşılaşmamışdı və hazırda yenidən bu kompromisə razılıq verilib-verilməyəcəyi də başqa bir müəmmadır.
Əgər kospirologiyaya inansaq və ortaya aşağıdakı üç pilləli plan ortaya çıxarsa, yəni
–S-400 sistemindən imtina və ya o, Türkiyədən başqa bölgəyə köçürülərsə;
–Türkiyə F-35 proqramına qayıdarsa;
–Türkiyə-Rusiya əlaqələrinin köhnə statusu dəyişərsə
onda bu, qlobal geosiyasi balansda ciddi dönüş anlamına gələr.
Belə olan halda:
–Türkiyənin Hava Qüvvələrinin gücü F-35-lərlə xeyli güclənər;
–NATO daxilində Türkiyənin strateji rolu bərpa oluna bilər.
Lakin bu addım Rusiyanın regiondakı nüfuzuna zərbə vurar ki, bu da Rusiyanın Ermənistandakı və regiondakı mövqelərinə daha da zəiflədər…
Mən bu cümlələri yazarkən türk-amerikan danışıqları davam edir. Görək hadisələr hansı məcrada inkişaf edəcək…