DünyaİqtisadiyyatQalmaqal

Qırğız şirkəti Azərbaycanı yarımçıq ödənişə görə məhkəməyə verib.

Qırğızıstanın “Meadi” tikinti şirkəti Azərbaycan Xarici İşlər Nazirliyini (XİN) məhkəməyə verib.

“Azadlıq Radiosu”nun xəbərinə görə, buna səbəb Azərbaycanın sifarişi ilə Bişkekdə Heydər Əliyev adına məktəb və Qırğızıstan-Azərbaycan Dostluq Parkını inşa edən şirkətin ödənişini tam ala bilməməsi olub.

Şirkət məhkəməyə iddia ərizəsində Azərbaycanın bu ölkədəki səfirliyi ilə 2019-cu ildə məktəb və park inşası üçün müqavilə bağladığını göstərib. Şirkət təmsilçiləri iddia edir ki, Azərbaycan tərəfinin şirkətə 3 milyon 29 min 257 dollar borcu qalıb.

Müqavilədə isə ümumi layihə üçün 8 milyon 62 min dollar vəsait ayrılması nəzərdə tutulub. Maliyyələşmə Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım İdarəsinə həvalə edilib.

2022-ci il oktyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev Bişkekdə Qırğızıstan prezidenti Sadır Japarovla parkın lentini kəsib, bir gün sonra isə Heydər Əliyev adına məktəbin açılışında iştirak edib.

“Meadi” borcun ödənişindən ötrü dəfələrlə Azərbaycanın Qırğızıstandakı səfirliyinə üz tutsa da, faydası olmayıb. Bu problemlə bağlı başqa qurumlara da şikayətlər nəticə vermədiyindən Bakıda məhkəməyə müraciət edilib.

“Azadlıq Radiosu” şirkətin nə vaxt və hansı məhkəməyə müraciət etdiyini açıqlamayıb. Amma ilk və apellyasiya instansiya məhkəmələrinin şikayəti təmin etmədiyi, şirkətin vəkillərinin hazırda Ali Məhkəməyə müraciət etdiyi bildirilir.

“Meadi” şirkəti öncə iddianı Xarici İşlər Nazirliyinə qarşı qaldırsa da, sonradan Maliyyə Nazirliyini də cavabdehlər sırasına artırıb.

Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə etiraz ərizəsində göstərib ki, belə məsələlərlə bağlı məhkəmə mübahisəsi üçün qanunda üç il müddət nəzərdə tutulub. Şirkətin isə üç illik iddia müddətini ötürdüyünə görə məhkəmədən iddianı təmin etməmək istənilib.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tramp: “Narazıyam, görək, İsraili sakitləşdirə bilirəmmi”

redaktor

Netanyahudan BMT-nin baş katibinə ÇAĞIRIŞ: “Sülhməramlıları Livandan çıxarın”

redaktor

İmran Xan tərəfdarlarını mitinqə çağırdı

redaktor