Mərkəzi Bankın rəhbəri, normal, beynəlxalq iqtisadi terminalogiyaya uyğun açıqlama verib ki, “vətəndaşların “yastıq altında” 10 mlrd. dollara yaxın pulu var”, amma, bu açıqlamanı anlayanlar məğzinə uyğun, anlamayanlar isə içiboş açıqlamalar veriblər. Yəni, Mərkəzi bankın rəhbəri, əslində, sistemin mahiyyətini ciddi tənqid edən açıqlama verib, mahiyyətinə uyğun suallar ünvanlamaqdansa, boş-boş danışırlar ki, hakimiyyət gəlib yasdığınızın altından pulları alacaq.
“Yasdıqaltı pullar” termini iqtisadiyyatada geniş yayılmış, bir çox məsələləri izah etmək üçün istifadə edilən deyimdir. MB-ın rəhbəri bu açıqlaması ilə, əslində, 3 önəmli məsələnin üstünü açır:
1) Vətəndaş, əhali bank sisteminə hələ də güvənmir, vəsaitini evində saxlamağa üstünlük verir – MB izah etsin, cavab versin ki, niyə əhali hələ də bank sisteminə güvənmir,
2) Ölkədə o qədər primitiv, bəsit iqtisadi sistem var ki, vətəndaş yatırım etməyə alət tapmır, yəni, qiymətli kağızlar bazarı, gəlir alətləri yox kimidir – hökumət cavab versin ki, niyə bu qədər primitiv sistem qurub,
3) Məmləkətdə investisiya mühiti o qədər bərbaddır ki, əlində, yastığının altında pulu olan vətəndaş obyekt açmaq, iş qurmaq, yatırım etmək istəmir, dövlət orqanlarından qorxur, düşünür ki, biznes qursa, və ya, belə bir cəhd etsə, o vəsaiti itirə bilər – hakimiyyət cavab versin ki, əhali niyə biznes qurmaq üçün başqa ölkələrə gedir, amma öz ölkəsində biznes qurmağa qorxur.
Yəni, Mərkəzi Bankən rəhbəri ciddi diskurs açmağa, indiki şəraitdə nə qədər mümkündürsə, bir o qədər açıq danışmağa çalışır, ictimai fikirə təsir imkanı olanların bir qismi bundan istifadə edib hökumətin bütün iqtisadi siyasətini kəskin tənqid edən müzakirə açmaq əvəzinə, səviyyəsiz “hype” yaratmağa çalışırlar…
