DünyaSiyasət

Amerika uğur sevəndir, gərək büdrəməyəsən…

Ukrayna və Avropa liderləri Trampın Putini qane edən sülh planına yox dedilər. Torpaq satılmaz və Ukraynanın suverenliyindən keçilməz dedilər.

Tramp gördü ki bu oyun keçmədi, dedi: Zelenski çoxdandı bərk oturub, seçki keçirtmir, keçirtsin.

Zelenski bunun qarşılığında bəyan etdi ki, ABŞ Putinə atəşkəs etdirsin, seçkiyə.şərüit yaransın, təcili, 60-90 günə seçkini keçirək, mən gedirəm.

Neçə vaxt “Ukraynada seçki!” bağıran Putin indi dedi yox, 2-3 aylıq atəşkəsdə Ukrayna güclənər.

Tramp, bu kartı da keçməyəndə, dedi: Ukrayna onsuz da geri çəkilir, Kupyanskı da, ruslar aldı.

Bunu eşidən Ukrayna hücuma keçib, Poorovskı, Kupyanskı geri aldı, Zelenski Kupyanskdan bir video da çəkdirib göndərdi Trampa qoy baxsın.

Tramp bu dəfə dedi, Zelenskinin kartında pulu yoxdu, ABŞ pul verməyəcək, şərtlərə razı olsun.

Bunu eşidən Avropa Birliyi də, təcili qərar verib, Rusiyanın həbsdəki 250 milyardını Zelenskinin “kartına atdı”, Trampa dedi, indi ayrı dərdin nə?

Tramp son günlər Ukraynayönlü xeyli irəliləyişi görüb, dinmir daha, sözü yoxdur, yorulub. Deyir, həyatımda belə çətin “sdelka”, alver görmədim, indiyə trilyon qazanmışdım. Yəqin, Putinə zəng vurub deyər qardaşağa, vallah alınmır planımız. Bu, Zelenskinin boyuna, geyiminə baxma, çox çətin tərs adamdı, elə Avropalılar kimi. Gəl belə edək. Bunların torpaqlarını ver özlərinə, qoysan ki cəhənnəm olsunlar. Gedək Sibirdə, Arktikada qızıl çıxardaq, trilyonlar qazanıb, xeyli varlanaq.

P. S.
Nə isə. Cənab Tramp görünür, qələbə sevəndir, kim qalibdir, uğurludur, onun yanındadır. Bir də çox praqmatik, işğüzar, pulsevər, materialistdir. Bu proseslər onu xeyli yumşaldar, çox yəqin ki.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın ən ucuz 11 şəhəri

admin

Süni intellekt mütəxəssisi Zukerberqin milyardlıq təklifinə “yox” dedi

redaktor

Ərdoğan Baydenlə G20 sammitində görüşəcək

redaktor