Planın mətni son saatlarda “Washington Post” qəzetinə təqdim edilib.
(Qeyd edim ki, bu plan öncəki 28 bəndlik plana nisbətdə Ukrayna xeyrinə xeyli qədər dəyişilib. Ancaq, Ukraynanın yenə, bir sıra tələbləri var).
Plan üç sənədə bölünüb: əsas vacib sülh planı, təhlükəsizlik zəmanəti və iqtisadi bərpa planı.
Silahsızlaşdırılmalı Zonalar:
1. Donetsk vilayətindən Xersona qədər atəşkəs xətti boyunca silahsızlaşdırılmış zona yaradılır.
2. Ağır silahların qadağan olunduğu daha dərin zona gəlir.
Ərazi Məsələləri:
3. Ərazi mübadiləsi və sərhədlərin delimitasiyası ilə bağlı mübahisələr davam edir.
4. “Koreya variantı” mümkündür – mübahisəli ərazilərin statusu ilə bağlı təxirə salınmış qərarla sabit demarkasiya xətti.
5. Zaporojye Atom Elektrik Stansiyası Rusiyanın nəzarəti altına keçməyəcək; ABŞ obyektin nəzarətini öz üzərinə götürə bilər.
AB İnteqrasiyası:
6. Ukraynanın Avropa Birliyinınə daxil olması 2027-ci ilə planlaşdırılır.
7. ABŞ Macarıstana bunu təsdiq üçün təzyiq göstərəcək; üzvlük ticarət və investisiyaları stimullaşdıracaq və korrupsiyanı azaldacaq.
Təhlükəsizlik Zəmanətləri:
8. ABŞ NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər verəcək; Ukrayna zəmanətlərin Konqres tərəfindən təsdiqlənməsini tələb edir.
9. Ukraynanın suverenliyi Rusiya vetosundan qorunacaq.
Hərbi və Maliyyə Aspektləri:
10. Ukrayna ordusunun əsgər limitinin 600 mindən 800 minə qədər artırılması müzakirə olunur, lakin Ukrayna rəsmi limitləri rədd edir, yəni istədiyi qədər ordusu olmasında israr edir.
11. Tramp administrasiyası Ukraynanın yenidən qurulması üçün dondurlan Rusiya aktivlərindən 100 milyard dollar təklif edir (mümkün artımla).
12. BlackRock və Dünya Bankı ilə Ukrayna üçün 400 milyard dollarlıq fondla bağlı danışıqlar.
“”””””””””””
Sənəddə 1 m. də Ukrayna ərazisinin Rusiyaya rəsmi tanınması artıq yoxdur. ABŞ Ukraynaya bu sənəddə təhlükəsizlik qarantı verir, NATO üzvünə olan səviyyədə. Zaporojye Atom ES Rusiya ilə artıq bölüşdürülmür. Rusiyanın həbs altında olan pulundan 100 milyard dol., Dünya Bankından 400 milyard dol. Ukraynanın bərpası üçün ayrılır və s. yeniliklər var. Bu gedişlə yəqin ki, Ukraynanın digər suverenlik, maddi tələbləri, şərtləri də ödənilməklə razılaşma baş tuta bilər.
Putin də görünür ki, çox yorulub və Rusiya da tükənir. Və Putinin başqa, Ukraynadan da daha vacib marağı yaranıb ki, müharibə buna mane olur. Nədir? Tezliklə müharibəni bitirib Trampla iş birliyində Rusiyanın təbii sərvətlərini istifadə. Bununla, Rusiya həm “siviləşmə” yöndə dəyişir, ABŞ-la da trilyonlar qazanıb bölüşür və dirçəlir.
