CəmiyyətKriminalSiyasət

Tanınmış vəkil Namizəd Səfərov haqqında Xətai rayon məhkəməsi 4 aylıq həbs qəti imkan tədbiri seçib.

Sən demə suyu da üfürə-üfürə içən Namizəd bəy “bir nəfərin 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib”. İnanan daş dönsün.

Namizəd Səfərov uzun illərdir haqqı və hüququ pozulan sadə insanları müdafiə edir, onları dələduzların oyunlarından qoruyur, peşə etkasın maddi maraqdan üstün tutur, əli heç yerə çatmayan imkansızlar ona müraciət edir. Namizəd bəy hüquq fakültəsini əla qiymətlərlə bitirmişdi. Bütün fəaliyyəti ərzində peşəsinə vicdanla xidmət etmişdi.

Çoxdan tanıyıram Namizəd bəyi. Təmiz adamdır, işıqlı adamdır, haqqa tapınan adamdır. Hələ 90-cı illərin sonlarında bir siyasi işdə vəkil kimi çıxış edirdi. Təqsirəndirilən şəxsə qarşı çoxlu ittihamlar irəli sürülmüşdü. Evindən avtomat silahlar çıxarılmışdı. Silahların nömrəsi məhkəmə prosesində elan ediləndə Namizəd bəy vəsatət qaldırdı ki, bu silahları sübut kimi işdən çıxarılsın. Prokuror və hakim səbəbini soruşanda Namizəd bəy sənəd təqdim etdi ki, bu nömrəli silahlar bundan əvvəl daha 2 cinayət işində keçib.

Tofiq Yaqublunu, Rüfət Səfərovu, Azər Qasımlını, Novruz Tağıyevi hansı qaydada, hansı metodlarla şərləyiblərsə, Namizəd bəyi də elə şərləyiblər. Ötən gün bu şərləmənin “necə” baş verməsi Rüfət Səfərlinin prosesində zərərdidənin dindirilməsi zamanı açıq aşkar məlum oldu. Zərərdinin ifadəsində göstərdiyi faktlarla vəkilin mobil telefon xidmətindən aldığı arayışlarda göztərilən faktlar heç birisi uyğun gəlmirdi, üst-üstə düşmürdü.

37-də bələ idi. Doğru-dürüst, vicdanlı, təmiz adamları şərləyərək tutub adını qoyurdular “təmizləmə” (yəni “çistka”). İndi Namizəd bəy də bu “çistkanın” qurbanı olub. Belə işlərdə rəqəmləri ona görə 50 mindən yuxarı göstərirlər ki, məsələyə ağır cinayət donu geyindirilsin.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski çoxsaylı vətəndaşlığa icazə verdi

redaktor

Bakıda avtomobil sahibləri üçün BÖYÜK TƏHLÜKƏ – VİDEO

redaktor

“Tiktok”çu Ləman Vəliyeva saxlanıldı – DİN-dən AÇIQLAMA

redaktor