İdman

Qarabağ döyüşdü, amma yanlış seçim uduzdurdu.

“Qarabağ” klubu Çempionlar Liqasında oynadığı, uğurlu olduğu üçün yox, ən bərbad günündə də onun tərəfdarı olmuşam. Yadıma gəlir, klubun maliyyə vəziyyəti elə bir gündə idi ki, insanlar pul yığırdı ki, klub yaşasın. Klubun o vaxtında da yanında olmuşuq.

“Qarabağ” dünən Ayaksa məğlub oldu. Əslində döyüşdə uduzdu. Nağıl danışmayaq, “Qarabağ” futbolla nəinki Ayaksı, heç Benfikanı da uda bilməz! Qarabağ ancaq və ancaq döyüşərək Benfikanı, Kopenhageni, hətta Ayaksı məğlub edə bilər. Qarabağ Ayaksla birinci hissə yaxşı döyüşürdü, ikinci hissədə Qurban Qurbanov döyüşən komandaya Nəriman Axundzadə kimi döyüş qabiliyyəti aşağı olan, “neqodnıy” birini meydana buraxdı. Qurban Qurbanov mətbuat konfransında deyir ki, özü də bilmir Nəriman haqqında nə desin. Bu nəyin eqosudur, bu nəyin qisasıdır, bu nəyi sübut etmək cəhdidir?

Yazıldı, deyildi ki, hücumçu al, pula qıyılmadı, mərhələni hazırkı heyətlə adladı, bizimkilər yazdı ki, Qurban Qurbanov hər şeyi bilir. Kim deyir ki, tərəfdar az bilir? Tərəfdarlar Avropada klub prezidenti, məşqçi göndərir, oyuçunu klubdan qovdurur və nəticədə verir. Hamı bir ağızdan deyir ki, Nəriman oyunçu deyil, alınmır da bu “neqodnıy” əsgərdə. Qurban Qurbanov nəyisə sübut etmək istəyir. Qurban Qurbanov Azərbaycan standartlarından bir qədər yüksək mütəxəssisdir. Ancaq sanki Azərbaycan məmurluğu sindromuna girib, mən daha ağıllıyam, kənardan deyirlərsə, əksin eləməliyəm!

Demirəm, Qarabağ Ayaksı udmalı idi. Qarabağ və Qarabağ kimi klublar nəticə əldə etmək üçün döyüşməlidir. Heç nəticə də əldə etmə. Mənə görə hətta qazanılan xallar da çoxdur. Məğlub ol, az xal yığ, ancaq döyüş. Kevin Medinanın döyüşdüyü meydana Nəriman və onun kimiləri buraxmaq ədalətsizlikdir, hörmətsizlikdir, biraz da irəli gedim, zəif komandirlikdir.

 

Səxavət Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

Canni De Byazi: “Uşaqlar bundan artığını edə bilməzdilər”

redaktor

Santuş “Neftçi”nin qapıçısını zədəli halda oynadıb – ŞOK AÇIQLAMA – FOTO

redaktor

Messi Bayden tərəfindən mükafatlandırılma mərasiminə getmədi

redaktor