Olqa Kolobova adlı bir qadın İtaliyada Maria Adela Kufeld Rivera adı ilə yaşayımış. Məlum olub ki, Olqanın, NATO-nun Neapoldakı qərargahında işləyən bir neçə zabitlə yaxın münasibəti olub. O, həmçinin NATO qərargahənda işləyən generalların həyat yoldaşları ilə dostluq münasibətləri qura bilib, evlərinə gedib-gəlirmiş.
Olqa Kolobovanın “Luiza” adlı pişiyi var imiş, bir gün Olqa səfərə getməli olur, “Luiza” adlı pişiyi rəfiqələrindən birinə verib, yola çıxır. Olqa səfərdə olanda pişik xəstələnir, onu klinikaya aparanda boununda çip olduğunu görürlər, çip vasitəsi ilə əvvəllər harada, nədən müalicə almasını öyrənmək istəyəndə, məlum olur ki, bu mikroçip Rusiyada klinikaların birində qeydiyyatda imiş.
Rəfiqəsi bundan şübhələnir, polisə xəbər verir, müstəntiqlər araşdırmağa başlayandan qısa müddət sonra həmin klinikanı Rusiyada tapırlar, klinikanın sosial şəbəkələrdəki səhifələrini incələməyə başlayırlar, müştəri bazasına sızmağı bacarırlar, və Olqa Kolobovanı ifşa edə biliblər.
Yəni, pişik, yəni, onun mikroçipi, cəsusu ələ verib.
P.S. Azərbaycanda kimin-kimə işlədiyinin siyasi olaraq məlum, rəsmi-hüquqi olaraq isə naməlum olduğu bir dövrdə yaşasaq da, amma mütləq bəzilərini “çipləyiblər”, indi əsas məsələ odur ki, o “çiplənənlərin” bir ömür “boynunda” gəzdirdiyi dosyeləri açmaq, “çipləri” oxumaq istəyəcəklər, ya yox…
