Bilirdinmi, Çinlilərin avtomobil kralı Geely demək olar ki, dünyanın bütün avtomobil sənayesinin yarısına sahibdir? Yox? yazım bilin də…
Bax, bu Geely var ha, Çində maşın aləminin padşahı sayılır… İnanmazsan, adamlar elə böyüyüb ki, dünyada tanınan maşın brendlərinin yarısı ilə az qalır ki qohum olsunlar.
Əvvəl adamlar soyuducu zapçastı düzəldirdilər! Amma elə bir strategiya qurdular ki, sonradan addım-addım, cırmaq cırmaq böyüdülər, indi Geely böyük avtomobil imperiyasıdır.
Məsələn, Volvo o sakit, skandinav keyfiyyətli maşınlar. Geely bunu 2010-cu ildə aldı. Amma maraqlısı nədir? Şirkəti özlərinə uyğunlaşdırmadılar. Pul verdilər, azadlıq verdilər, dedilər al, neynirsən et, biz sənə inanırıq. Nəticə? əməkdaşlıq Geely yə də güclü əyləc sistemi gətirdi .
Sonra Lotus var ha? məhşur sportkarlar. Daim bankrot olurdu, yazıqlar. Geely gəldi, nəfəs verdi bunlara. İndi həm uçur, həm də elektriklə işləyir.
Bir də Smart var, o balaca şəhər maşınları. Geely bunun yarısına sahibdir, yarısı da Mercedes-Benzindir. Üstəlik, Geely-nin qurucusu Li Şufu Mercedes-Benz Group-un 10% hissəsini alıb. Yəni bu adam istəsə, Almaniyada lyuboy konsernin qapsını açıb içəri keçə bilər.
Həə, bir də o məşhur London taksiləri var ha badımcanlar, bax onların şirkəti də Geely-nindir.
Aston Martin unutduq? bahalı sportkarlar, James Bond sürən. Geely bundan da 17% alıb. Niyə? Çünki strategiyasında premium dünyasına da girmək lazımdır.
Amma ən böyük gücü hardadır? Öz Çin bəndlərində. Zikr (Zeekr) Geely-nin premium elektrik maşın layihəsi. Lynk & Co gənclər üçündür, Volvo platformasında qurulub. Geometry cibinizin dostu elektrik maşınları.
Radar elektrik pikaplar və off-road maşınları.
Sonra yadına gələr ölkəmizdə də bir vaxtlar məşhur Lifan vardı ha? Geely onu da diriltdi, çevirdi adını Livana. İndi bunlar elektrik maşın düzəldir. Farizon Auto kommersiya maşınları hazırlayır. Maple və Jido ucuz şəhər elektrik avtolarıdır.
İT nəhəngi Baidu ilə birləşib Jido Auto yaratdılar, tam pilotsuz maşınlar düzəltmək üçün. Bu artıq gələcəyin işidir. Üstəlik, Velocopter kimi startaplara pul yatırırlar ki, uçan maşınlar da çıxsın ortaya.
Bax belə. O söz var e, ömür bitər yol bitməz. Məndə də belə. O qədər yazacağım mövzular var ki, sadəcə məni izlə. Və hər gün yeni mövzular oxu.
