15 C
Bakı
24 Mart 2026 13:14
DünyaSiyasət

Tramp Rusiyanın bərpası üçün investisiya danışıqlarına başlayıb.

Sosial şəbəkələrin Azərbaycan seqmentində Tramp haqqında məndən çox yazan adam tapmaq çətindir. Onun şəxsi və siyasi bioqrafiyasından tutmuş, bu gün atacağı addımları illər əvvəl proqnozlaşdırmağa qədər hər mövzunu işıqlandırmışıq.

Bu qədər yazılardan, məqalələrdən sonra sadiq oxucularımı Tramp barədə hansısa mənfi və ya ifşaedici xəbərlə təəccübləndirmək çətindir.. Amma elə xəbərlər olur ki, adamın “gözləri alnına çıxır”.

Xəbəri oxuyun.

Washington Post yazır ki, Ağ Ev “BlackRock”un rəhbəri Larri Finklə Ukraynanın Bərpa Fondu konsepsiyasının yenilənməsi barədə danışıqlar aparır. Bu Fond Dünya Bankının iştirakı ilə Ukraynanın bərpası üçün 400 milyard dollara qədər vəsait cəlb edə bilər.

Buraya qədər hər şey normaldır. Amma davamını oxuyanda…

Nəşrin məlumatına görə, Tramp Rusiyaya da eyni tipli investisiya təşəbbüslərinin işə salınmasında maraqlıdır. Yəni ABŞ prezidenti MÜHARİBƏDƏN SONRA RUSİYAYA İNVESTİSİYALARIN CƏLB EDİLMƏSİ ÜÇÜN BÖYÜK ŞİRKƏTLƏRLƏ DANIŞIQLAR APARIR. Belə hadisəni 2 il qabaq ən qorxulu fantastik yuxuda görmək olmurdu.

Sözün bitdiyi yer məhz budur.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Almaniyanın yeni kansleri Rusiyanın qarşısını alacağına söz verdi.

admin

Bu ölkədə çəkisi 50 kq-dan az olanların küçəyə çıxması qadağan edildi – VİDEO

redaktor

Finlandiya prezidenti Lavrovun nömrəsi ona Rusiyada rüşvət alanları dayandırmağa necə kömək etməsindən danışıb

redaktor