CəmiyyətŞikayət

Qurumlar dəyişdi, sistem dəyişmədi, problemlər olduğu kimi qalır

Azərbaycanda suvarma kanallarının əksəriyyətinin torpaq məcralı olması uzun illərdir ki, kənd təsərrüfatında problem olaraq qalır.

Prezident İlham Əliyev hələ 2021-ci ildə deyirdi ki, torpaq kanallardan “canımızı qurtarmalıyıq”.

“Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin”,– deyə ölkə başçısı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) o vaxtkı başçısı Zaur Mikayılovu qəbul edərkən demişdi.

Buna baxmayaraq, o vaxtdan su kanallarının təkmilləşdirilməsi ilə bağlı ictimaiyyətə açıqlanan fəaliyyət planı yoxdur. “Meliorasiya və Su Təsərrüfatı” ASC isə 2023-cü ildə prezidentin sərəncamı ilə ləğv olunub, yerinə bir neçə qurumdan ibarət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradılıb.

Ölkədə hazırda suvarma şəbəkələrinin nə qədər hissəsinin torpaq məcralı olduğu haqda rəsmi statistika yoxdur. “Toplum TV” ADSEA-ya daxil olan Regional Su Meliorasiya Xidmətindən bu barədə açıqlama ala bilməyib.

Lakin 2022-ci ildə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov “Azadlıq Radiosu”na deyib ki, Azərbaycanda suvarma kanallarının təxminən 70%-i torpaq məcralıdır.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov da noyabrda Milli Məclisdə çıxış edərkən mövzunu gündəmə gətirib.

O deyib ki, Azərbaycanda su şəbəkələri getdikcə betonlaşdırılmalı və ya qapalı nəqlə keçirilməlidir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Toplum TV”-yə deyib ki, torpaq kanallar şoranlaşmaya səbəb olur və kənd təsərrüfatına ciddi ziyan vurur. Lakin o əlavə edir ki, su təminatı beton kanallar deyil, borular vasitəsilə həyata keçirilməlidir.

“Biz bir damcı da olsun su itkisinə yol verməməliyik. Su borular vasitəsilə birbaşa kəndlinin təsərrüfatına ötürülsə, sudan səmərəli istifadə etmək mümkün olacaq. Bu o zaman mümkün olacaq ki, Kənd Təsərrüfatı Nazirliyi üzərinə düşən vəzifəni, yəni təsərrüfat sahələri üçün suvarma sisteminin qurulmasını yerinə yetirsin. Bu həm də torpaqdan səmərəli istifadə deməkdir, torpağın üstündəki humus qatı yuyulub getməməlidir, torpağın altındakı qrunt suları yuxarı qalxmamalıdır. Müasir suvarma sisteminin üstünlüyü bundan ibarətdir”, – o deyib.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

SSRİ-də mənzillər pulsuz verilib, amma… – 5 qat artıq işləyiblər

redaktor

Azərbaycan “Qisas” əməliyyatında öldürülmüş iki erməni hərbçinin meyitinin Ermənistana aparılmasına şərait yaradıb – VİDEO

redaktor

Həbsdə olan siyasi məhbus, jurnalist Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başlayıb.

admin