DünyaSiyasət

Müsəlman Qardaşları böhranı: Türkiyə və Azərbaycan üçün yaxınlaşan təhlükə

Florida ştatının qubernatoru Ron DeSantis Amerika-İslam Münasibətləri Şurası (CAIR) və Müsəlman Qardaşlarının ştat ərazisində xarici terror təşkilatı kimi tanınması haqqında sərəncam imzalayıb.

Sərəncamda bu təşkilatların HƏMAS, Hizbullah və digər Fələstin qrupları ilə əlaqəli olduğu qeyd edilir.

Sərəncama əsasən, Florida Hüquq Mühafizə Departamentinə və Florida Şosse Patruluna bundan sonra “terror təşkilatlarının qeyri-qanuni fəaliyyətinin qarşısını almaq” səlahiyyəti verilir.

Bir başqa məlumata görə, ABŞ Konqresi bu həftə Müsəlman Qardaşlarının terror təşkilatı kimi tanınması ilə bağlı qanun qəbul edəcək.

İsrail Müdafiə Ordusu (SAXAL) və İsrail Təhlükəsizlik Xidməti (Şin Bet) Türkiyədə birbaşa İranın nəzarəti altında fəaliyyət göstərən HƏMAS-ın maliyyə şəbəkəsi ilə bağlı kəşfiyyat məlumatlarını açıqlayıb.

Məlumata görə, bu şəbəkə HƏMAS rəhbərliyinə və terror əməliyyatlarının icrasına yüz milyonlarla dolların köçürülməsində iştirak edib.

Şəbəkənin başında duran Tamar Həsənin HƏMAS-ın faktiki “maliyyə nazirliyi” hesab olunan qurumda yüksək vəzifəli məmur olduğu, birbaşa HƏMAS lideri Xəlil əl-Hayiyə tabe çalışdığı bildirilir.

Bu mövzuda öncə də yazmış, prosesin çox təhlükəli istiqamətdə getdiyini qeyd etmişdim. Bunun sonu Türkiyə üçün ağır ola bilər.

Əgər Konqres Müsəlman Qardaşlarının terror təşkilatı kimi tanınması ilə bağlı qanun qəbul etsə, bu Türkiyə üçün təhlükəli prosesin yolunu aça bilər.

Türkiyə dövləti ləngimədən Müsəlman Qardaşlarının fəaliyyətini qadağan edən hüquqi aktlar qəbul etməlidir.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti isə ölkəmizdə Müsəlman Qardaşlarının ehtimal olunan ruşeymlərini zərərsizləşdirməkdə ləngiməməlidir.

Əks halda qarşıda ciddi problemlərlə üzləşə bilərik.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Qəzzaya paraşütlə dərmanlar atıldı

redaktor

Vanqadan fəlakət proqnozu: heç vaxt görünməmiş miqyasda…

admin

ABŞ-ın ŞOK “Zelenski planı” – Ağ Ev Ukrayna liderini NƏYƏ MƏCBUR EDİR?

admin