4–5 gün əvvəl keçmiş polis rəisi dünyasını dəyişdi, beli bükülmüş, özünü hər addımda lənətləyən bir dayı idi, onu 11 ildir tanıyırdım, amma keçmiş polis olduğunu ötən il bilmişdim, mənim ən yaxşı müştərilərimdən idi, onu atama oxşadırdım, bir dəfə mağazada maskasız olduğuna görə polis onu saxlamışdı, ad-soyadını deyən kimi üzrxahlıq edib buraxmışdılar, o zaman bildim ki polis olub.
O bir dəfə belə bir hadisə danışmışdı, deyirdi ki hələ rəis keçməmişdim, mayor idim, varlı uşaqlarla kasıb uşaqlar arasında dava düşmüşdü, kasıb uşaqları yığıb polis bölməsinə gətirmişdilər, oğlanlardan biri qışqırırdı ki bizi gətirdiyiniz kimi onları da gətirərdiniz, onlar varlı uşaqlardır deyə qorxdunuz, deyir mən o oğlanı o qədər döymüşdüm ki neçə saat özünə gələ bilməmişdi, 10 gün içəridə saxladıq, çıxandan 3 gün sonra oğlan ölmüşdü.
Uşağın nənəsi gəlib qapısının ağzında şalını yerə atıb diz çökərək əllərini Allaha açmışdı, “əgər Allah varsa, varlığını sübut etsin, sən mənim nəvəmə əzab verdin, böyrəklərini zədələdin, o öldü, eyni acını sən də yaşayasan” – demişdi, qadın hər gün gəlib 5 dəqiqə pəncərəsinə baxıb keçirmiş, hadisədən bir il keçmişdi, o artıq rəis idi, uşağın ilinədək az qalmışdı ki işdə olarkən zəng gəldi, dedilər oğlunun vəziyyəti pisdir, böyrəyinə iki bıçaq zərbəsi dəyib, xəstəxanadadır.
Varlı uşaqlardan biri bıçaqlamışdı, pul qarşılığında isə kasıb bir oğlan cinayəti öz üstünə götürmüşdü, vuran isə əlini qolunu sallaya-sallaya gəzirdi, oğlu bir gün yaşadı, səhəri öldü, meyit ortalıqda ikən həmin qadın içəri girib əllərini Allaha açaraq “varlığına indi inandım, o uşağın günahı yox idi, mənim nəvəm kimi, amma bu acını sən də yaşa ki dadı nədir biləsən” – demişdi, deyir meyitin başı üstündə diz çöküb tövbə etdim.
Səhəri gün öz ərizəsi ilə işdən azad olunmasını tələb edib, deyirdi ki indi televizorda polis əməkdaşlarının yaşlı demədən, cavan demədən insanları döydüyünü görəndə içimdə o qədər nifrət yaranır ki az qalırəm gedib onları öz əllərimlə boğub öldürəm.
