DünyaSiyasət

Avropa Ukraynanı tək buraxmaz…

Ukrayna böhranının həlli üzrə Tramp və Putin təşəbbüslü “28 bəndlik” sülh planı Vaşinqton, Moskva-Kiyev-Cenevrə-Mayami marşrutu üzrə fırlanıb, 19 bəndə düşdü. Və sonra, yenidən bir “kruq” da Moskva-Mayami-Vaşinqton arasında dövr ediləndən sonra Trampı və Putini də qane edən tərtibdə Kiyevə çatdırıldı, Zelenskinin son təsdiqi üçün… Və Trampın kürəkəni Kuşner tez, Zelenskiyə zəng vurdu ki, uzatma bunu, imzala.

Zelenski də, Vaşinqtonla Moskva arası razılıqlı planı Avropa müttəfiqləri ilə məsləhətləşmədən təsdiqləməzdi. Və Kuşnerə nə hə, nə yox cavab verməyib dedi ki mətnlə tam tanış olmamışam. Tramp da, hirslənib Vaşinqtonda bəyanat verdi ki Zelenskiyə planı göndərmişik, hələ oxumayıb.

Görünür ki, belə gecikmədən narahat olublar ki, Zelenski Avropa liderləri ilə məsləhətləşər və iş pozular. Çünki, planda Ukraynanın öz torpağını, suverenliyini Rusiyaya güzəşti nəzərdə tutulur.

Və Zelenski də planı da götürüb Londona getdi, orada isə Avropanın 3 güclü ölkəsinin, İngiltərə, Almaniya və Fransanın liderlərin ilə müzakirəyə. Həmin çox az tərkibli məxfi görüşdə isə (hansı ki, Polşa və İtaliya liderləri dəvət olunmamaları üçün narazılıqlar etdilər) bir sıra açıqlanmayan qərarlar qəbul edilib. Yeganə açıqlamanı yalnız Zelenskiyə həvalə etdilər, oda belə idi: Ukrayna, ərazisindən Konstitusiyasına zidd keçməyəcək.

Zelenski, əlbəttə, Vaşinqton-Rusiya sülh planını Avropaya müzakirəyə daşımaqda çox düz etdi. Əvvəla, Trampa, ABŞ-a ümid olub, Avropanı bu danışıqlardan kənara, “ofsaydda” qoyub da onu iqnorə ilə özünü eyni qitədə təcrid edə bilməzdi.

İkincisi, sabah Ukraynayan ABŞ da imtina etsə, Avropa etməz və onu Rusiya işğalına qarşı tək qoymaz. Bu mübarizədə onu maddi və silahla tam təmin edər. Ən azı ona görə ki, Ukraynanın məğlubiyyəti ilk növbədə Avropa üçün hərtərəfli ağır zərbə ilə başa gələ bilər. Görək, bu cavaba Tramp nə reaksiya verəcək, nə addım atacaq?

Və bu arada bir məsələ tam aydınlaşdı. Tramp əgər, Rusiyanın işğal mövqeyinə göz yumub da, Ukraynanın öz suverenliyinin haqlı mübarisəsi mövqeyinə vecsiz yanaşsa və onu müdafiə və dəstəksiz buraxsa, Ukrayna tək qalmaz. Onun arxasında Avropa liderliyində 30 inkişaf etmiş dövlət var gücü ilə dayanacaq. Avropadan da başqa Yaponiya, Avstraliya və Kanada, Cənubi Koreya kimi dövlətlər də, buna tam hazırdırlar!

Bu qədər çox qüvvə, potensial isə, artıqlaması ilə kifayət edər ki, Ukrayna Rusiyanı cəbhədə üstələsin, tam sıxışdırıb ərazisindən çıxarsın. Hələ Moskva və Putin bununla qurtara bilərsə.
Üstəlik də, NATO da, ABŞ-sız bu koalisiyayadır.
Və onda ABŞ-ın Trampın nüfuzu necə olacaq?

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Şimali Koreya Yapon dənizinə ballistik raket atıb

redaktor

İranda neft zavodunda yanğın baş verdi

redaktor

Şimali Koreya Rusiyaya əlavə qoşun göndərib – Kəşfiyyat

redaktor