Prezident V. Zelenski:
– Prezident Aparatının rəhbəri vəzifəsinə Şmıqal, Budanov, Kıslıtsya, Palisa və Fedorovun namizədliyi nəzərdən keçirilir. Onları hazırkı vəzifələrində onları kimsə də əvəz etməlidir.
ABŞ-ın sülh planında 28 bənd var idi, lakin bu gün Umerov 20 maddə təqdim edib – Ukrayna üçün mübahisəli olan müddəalar çıxarılıb. ABŞ-ın sülh planına münasibəti kompromisə getməkdir, lakin “çətin suallar” hələ də qalır.
Ərazi məsələləri üzrə hələlik kompromis əldə edilməyib. Ukraynanın ölkə Konstitusiyasına, beynəlxalq hüquqa və ya mənəvi qanuna əsasən öz ərazilərindən imtina etmək hüququ yoxdur.
Ukrayna təzminat krediti almağı gözləyir.
Biz Brüsselə uçuruq və orada Ursula fon der Leyen, Antonio Koşta və Mark Rutte ilə görüşəcəyik. Biz bu vəsaitlərə güvənirik, amma hər şey Avropadan asılıdır. Əminəm ki, bu məsələ həll olunacaq.
Trampın Ukraynadakı müharibənin necə bitməsi ilə bağlı “öz vizyonu” var. Bu, Ukraynanın vizyonundan fərqlidir.
Ukrayna ABŞ-ı sülh prosesindən kənarlaşdırmaq variantından məmnun deyil; Kiyev Vaşinqtonun dəstəyini və Rusiyaya davamlı təzyiqini yüksək qiymətləndirir.
Zaporojye AES hazırda işğal altındadır və bizsiz normal fəaliyyət göstərməyəcək – biz bunu tərəfdaşlarımızla müzakirə etmişik.
“Düşmənin ələ keçirmədiyi ərazilər” barədə pessimist olmağa ehtiyac yoxdur – bu, onların ələ keçirəcəyi anlamına gəlmir.
Eyni zamanda, prezident cəbhədə vəziyyətin hazırda “asan olmadığını” da qeyd edib.
– Ukrayna ərazilərinin təhlükəsizlik zəmanətləri ilə dəyişdirilməsi məsələsi masada deyil.
ABŞ-ın PURL proqramı çərçivəsində silah tədarükü defisiti 2025-ci ildə 100 milyon dollara endirilib, amma 2026-cı il üçün bizə 15 milyard dollar lazımdır. Bu həftə “istəklilər koalisiyası”nın geniş tərkibdə iclası keçiriləcək.
Prezident V. Zelenski Cinlə bağlı bunları bilirib:
-Çinin Ukraynadakı müharibəni bitirməkdən faydalanacağını düşünmürəm. Çünki Çin Rusiyanı dayandırmaqdan faydalanmırsa, bu müharibənin davam etməsi deməkdir.
Bu, Çinin Rusiyanı birbaşa silahla dəstəklədiyi anlamına gəlmir, amma o, müharibənin bitməsini də dəstəkləmir.
Zelenski əlavə edib ki, kəşfiyyat orqanları ona Çindən Rusiyaya birbaşa silah təchizatı barədə məlumat verməyiblər.
Zelenski danışıqlarda ən həssas məsələləri elan edib: Donbass, Zaporojye AES, pul və təhlükəsizlik zəmanətləri.
