DünyaHadisəKriminal

İtaliyada məhkum artıq dördüncü dəfə həbsxanadan qaçdı

Taulant Toma adlı 41 yaşlı məhkum artıq həbsdən qaçmaq üzrə demək olar ki, peşəkarlaşıb.

O, 2009-cu ildən etibarən artıq dördüncü dəfədir həbsdən qaçır.
Toma bəy dünən İtaliyanın Milan şəhərində “yüksək təhlükəsizlik” statusu olan həbsxanadan qaçıb və hazırda axtarışdadır. O, otağındakı dəmir barmaqlıqları kəsə bilib və heç kimə görünmədən 6 metrlik divar səddi keçərək oradan uzaqlaşıb.

Taulant Tomanın milliyəti albandır. Əvvəllər o, 3 dəfə digər Belçika və İtaliya həbsxanalarından qaça bilib. Toma əsas hissəsi oğurluq olmaqla bir çox cinayət səbəbilə həbsdədir. Qeyd edim ki, onun həbs müddəti 2048-ci ildə bitəcəkmiş. O, hazırda axtarışdadır.


 İstinad: EuroNews, CNA

Hazırladı: Ceyhun Qurbanov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Hollandiyada anti-Türkiyə, anti-İslam və ifrat sağçı “Motsart” seçildi.

admin

Yağış yağacaq, güclü külək əsəcək – BU GÜNÜN HAVASI

redaktor

Uşaqpulunun mahiyyəti və əhəmiyyəti

redaktor