DünyaSiyasət

Rusiya ilə Ukrayna arasında sülh razılaşması final mərhələsindədir.

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib ki, Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirəcək sülh razılaşması final mərhələsindədir.

Azadlıq Radiosunun Ukrayna xidməti Kelloqun bu fikirləri Ronald Reyqan adına Milli Müdafiə Forumunda dediyini yazıb.

“Əgər siz hərbçisinizsə, xüsusilə piyadasınızsa anlamalınız ki, son 10 metr həmişə ən çətini olur. Məncə biz bu konflikti bitirmək üçün son 10 metrdəyik” – deyə o bildirib.

Kelloqa görə, hazırkı müharibənin miqyası misilsizdir:

“Sovet İttifaqı Əfqanıstanı 18 min hərbçi itirərək tərk etdi. Biz Vyetnamı 58 min itirərək tərk etdik. Rusiya və Ukrayna birlikdə 2 milyondan çox insan itiriblər. Bunun haqqında düşünün. Bu, dəhşətli rəqəmlərdi. Ona görə də konflikti bitirməliyik”.

Ukrayna müharibəsinin bitməsiylə bağlı müzakirələr Trampın 28 maddəlik plan təklif etməsindən sonra aktivləşib. Trampın planı sonra Cenevrədə dəyişikliklərə məruz qalıb. Lakin dekabrın 2-də ABŞ-nin Rusiya üzrə xüsusi nümayəndəsi Stiv Uitkof və Cared Kuşnerin Moskvada Putinlə görüşündən sonra Rusiya buna razılıq verməyib. Bundan sonra Uitkof və Kuşnerin Ukrayna nümayəndələri ilə Mayamidə görüşü başlayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Həlledici an: Müharibəni bitirəcək zərbə nə vaxt vurulacaq?

admin

Hraparak: Nikol Paşinyanın ailəsi üçün dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb

admin

“ChatGPT” ilə söhbətləriniz məhkəmədə əleyhinizə istifadə edilə bilər – XƏBƏRDARLIQ

redaktor