İdman

“Qarabağ” – “Ayaks” oyununun hakimləri məlum oldu

Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununa haim təyinatları açıqlanıb.

Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FİFA referisi Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri qismində Yuri Praprotnik və Qreqa Kordez köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR Matej Juqa, AVAR isə Alen Borosaka həvalə olunub.

R.Obrenoviç 2021-ci ildə Konfrans Liqasında “Qarabağ”ın Bakıda Şotlandiyanın “Aberdin” komandası ilə oyununu (1:0) da idarə edib.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də start götürəcək. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Köklü dəyişiklik ağır gəlir” — Qurban Qurbanov

redaktor

Rüstəm Orucov erməni idmançını bu sözlərlə susdurdu

redaktor

Karlo Ançelotti Braziliya millisini çalışdıracaq .

admin