CəmiyyətHadisəŞikayət

Deyəsən, Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdaşlar briqada-podrat üsuluna keçiblər.

Müttəhim hakim, hakimlər isə müttəhim günündə…

Bu gün Anar Məmmədlini mühakimə edən hakimlər və prokuror 1 saat sonra eyni tərkibdə Rüfət Səfərovun prosesini də həyata keçirirdi. Anar bəyin prosesində onun atası istintaqa ifadə vermədiyini, indi də məhkəmədə ifadə vermək istəmədiyini söyləsə də, prokuror müstəntiqin öz fantaziyasına uyğun quraşdırdığı ssenarini kəlmə-kəlmə şahidin buynuna qoymağa çalışırdı.

Rüfət Səfərovun prosesində isə vəziyyət daha eybəcər idi. “Zərərçəkmiş” kimi təqdim edilən Natiq adlı şəxsin dedikləri o qədər zidiyyətli idi ki, prokuror və hakimlər sualları ilə onu əvvəl “verdiyi ifadəyə” uyğunlaşdırmaq üçün xeyli əziyyət çəkməli oldular. Vəkil Elçin Sadıqovun sərrast sualları isə “zərərçəkmişi” lap çaşdırmışdı. O, hətta bir çox suallara “bu məmim şəxsi işimdir” kimi absurd cavablar verirdi. İş o yerə çatdı ki, vəkilin “Siz Bakı şəhərinin hansı tərəfində yaşayırsınız?” sualına o, “hər yerində” deyə çavab vedi ki, bu da zaldakıların uğultulu gülüşünə səbəb oldu. Vəziyyətin absurdluğunu görən Rüfət bəy ayağa qalxaraq məhkəmə heyətinə “sizin halınıza acıyıram, siz nə gündəsiniz ki, bir “işverənin” yalanlarını həqiqət kimi təqdim etməyə məcbur olmusunuz” dedi. Sonra isə Rüfət bəy məhkəmə heyətinə iki cümləlik fikirlərini çatdırmaq istədiyini bildirdi. Rüfət Səfərov dedi: “ Bu gün Azərbaycanda mövcud olan ictimai, siyasi, hüquqi, mənəvi-psixoloji mühitin bircə adı var – İRTİCA. Mən bir hüquq müdafiəçisi olaraq, Azərbaycan xalqının və cəmiyyətinin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin, hələ doğulmamış Azərbaycan övladlarının qarşısında bəyan edirəm ki, onlar da nə zamansa, bu məhkəmə prosesi barədə oxuyacaq və biləcəklərsə, bilsinlər ki, mən öz yolumdan heç nəyə gözə geri çəkilən deyiləm”. Rüfət bəyin bu fikirlərin prosesdə iştirak edənlərin gurultulu alqışları ilə qarşılandı.

Rüfət bəyin duruşundan, özünə əminliyindən, qətiyyətindən, eyni zamanda, məhkəmə heyətinin miskin durumundan elə təəssürat yaranırdı ki, sanki onlar müttəhim görkəmində Rüfət bəyin qarşısında dayanmışdılar…

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Anar dedi ki, “Arşın mal alan”a sən çəkilsən film batacaq”

redaktor

Taksi sürücüləri narazıdır – “Bir neçə saniyəyə görə cərimə olunuruq”

redaktor

Yol polisi şəhidin şəklini bacısının maşınından qopardı – FOTO

redaktor