Bu gün Putin strateji inkişaf və milli layihələr şurasının iclasında iqtisadiyyatın təcili və təxirəsalınmaz “perestroyka”sını elan edib.
Son “perestroyka”nın Rusiya(SSRİ) üçün nə ilə nəticələndiyi yadımızdadır.
Gerçəklik isə sadədir, iqtisadiyyat artıq dözmür və iqtisadi baxımdan “perestroyka”ya hava-su kimi ehtiyac var, amma hər iqtisadi yenidənqurma prosesinin də siyasi riskləri var.
Digər maraqlı tərəf isə odur ki, 8 dekabr 1991-ci ildə Belovej razılığı imzalanmışdı(SSRİ faktiki dağılmışdı), bu gün, 8 dekabr 2025-ci ildə Putin yeni “perestroyka”nı elan edir…
