DünyaTarix

“Arizona” memorialı

ABŞ-ın Sakit okean donanmasının bazası olan Perl-Harbora yapon hücumundan 84 il ötür. Hücum nəticəsində 2335 Amerika hərbçisi həlak olub (daha 68 mülki şəxs), onların da yarısı – 1117 nəfər “Arizona” xətt gəmisinin heyətidir. Gəmiyə düşən aviasiya bombası göyərtəni deşərək sursat yerində partlayıb və güclü xəsarət alan gəmi dərhal batıb.

1962-ci ildə gəminin üzərində, gəmiyə toxunmadan beton konstruksiya tikilərək memorial kompleks açıldı.

Bütün Amerika prezidentlərinin bu kompleksi ziyarət etməsi ənənə şəklini alıb.

Hətta Perl-Harbora hücum əmrini verən Yaponiya imperatoru Hirohito da kompleksi ziyarət edib.

Gəminin motor hissəsindənyağ damcıları indi də suyun üzərinə qalxır. Ziyarətçilər bunu “Arizona”nın öz heyəti üçün axıtdığı göz yaşı adlandırırlar.

Yaponiyanın təslim aktının imzalandığı “Missuri” gəmisi də yaxınlıqda saxlanılır.

 

Mənbə:  “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ramiz Mehdiyev işi: Hakimiyyət yox, Dövlət məsələsi

redaktor

Fransa Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayır

redaktor

“G20” liderlərinin boyunlarındakı şərf nə məna daşıyır? – FOTO

redaktor