Cəmiyyət

Rafiq Aslanovun oğlunun Londonda villası və bahalı maşınları – Foto

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini (2006-cı ildən) Rafiq Aslanovun oğlu Afiq Aslanov atasının Londonda ona aldığı evi girov qoyub.

Tacxeber.com xəbər verir ki, bu barədə sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

“Afiq Aslanov avqustun 27-də İngiltərənin MT FINANCE LIMITED şirkətindən yüksək faizlə (10.2 % Avropa üçün yuxarı göstəricidir) 1 il ərzində geri ödəmək şərtilə 235 min 950 funt (530 min manata yaxın) pul götürüb. Bu kredit Egham şəhərindəki 1a Wetton Court (Title No. SY793665) ünvanındakı daşınmaz əmlak üzərində girov (charge) yaradılması ilə təmin edilib.

Dekabrın 2-də isə Londonda Rafiq Aslanovun oğluna məxsus bahalı maşınlar kirayəsi verən PERFOCARS LIMITED şirkəti fəaliyyətini dayandırıb. Bu günlərdə həmçinin Afiq Aslanovun 2016-cı ildən Londonda fəaliyyətdə olan digər şirkətini – G.V.B Ltd. – məcburi şəkildə bağlamaq üçün məhkəmə iddiası qaldırılıb.

Yüksək məbləğdə borcun və maşınların satılmasının səbəbi bəlli deyil”, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

AZAL-ın yeni prezidenti Samir Rzayev KİMDİR? – DOSYE

redaktor

Şəhidlərin dəfnində dini şüar səsləndirənlər İranın agentləridir – Deputat

admin

Ceyhun Əsgərov: “Haqqımda şayiələr gəzir, narkotik istifadəçisi, içki aludəçisi deyiləm”

redaktor