DünyaSiyasət

Peskov: “Pulları hamı istəyir, amma…”

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Belçika aktivlərin müsadirəsi halında həm dövlət, həm də fərdi hüquqi məsuliyyətin ölkənin üzərinə düşəcəyindən narahatdır:

“Heç kim Belçika ilə məsuliyyəti bölüşmək istəmir. Amma pulları çox istəyirlər”.

Avropada dondurulmuş 210 milyard avronun təxminən 185 milyardı Belçika yurisdiksiyasında fəaliyyət göstərən “Euroclear” depozitar sistemində saxlanılır. Buna görə rəsmi Brüssel bu addımın əsas riskini daşıya biləcəyindən ehtiyatlanır.

“Euroclear” rəhbəri Valeri Urben də Avropa Komissiyasının planını saxta adlandırıb və risklərin həm Belçika, həm də qlobal maliyyə sistemi üçün ağır nəticələr doğura biləcəyini bildirib. O, plan qəbul olunsa, məhkəməyə müraciət edəcəyini açıqlayıb. (Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qərb elə bilir ki, Ukraynada baş verənlər cizgi filmidir

redaktor

Ana südünün sosial şəbəkələrdə satışı qadağan edildi.

admin

“Bu müharibədən yalnız Qərbin hərb baronları uduş əldə edib” – Ərdoğan

redaktor