“Netflix”, “Warner Bros. Discovery”nin (“WBD”) yenidən qurulma prosesi çərçivəsində “Warner Bros.”u satın almaq barədə razılığa gəldiyini açıqlayıb.
Nağd və səhm kombinasiyası ilə həyata keçiriləcək əməliyyat “WBD”ni ümumilikdə 82,7 milyard dollar şirkət dəyəri və 72 milyard dollar səhm kapitalı dəyəri ilə qiymətləndirir.
Satınalma “WBD”nin qlobal yayım və televiziya kanallarını birləşdirən “Discovery Global” bölməsinin ayrılaraq ayrıca açıq səhmdar cəmiyyətinə çevrilməsindən sonra tamamlanacaq. Bu prosesin 2026-cı ilin üçüncü rübündə baş tutacağı gözlənilir.
Razılaşmaya əsasən, “Netflix” “Warner Bros.”un film və televiziya studiyalarını, həmçinin HBO və “HBO Max”i öz portfelinə əlavə edəcək. Beləliklə, “Game of Thrones”, “Harry Potter”, “The Sopranos” və DC kainatı kimi aparıcı markalar “Netflix”ə keçəcək. Şirkət bildirir ki, “Warner Bros.”un fəaliyyəti qorunacaq və mövcud kino nümayişi strategiyası davam etdiriləcək.
Birleşmədən sonra ABŞ-da istehsal gücünün artırılması, orijinal kontentə yatırımların genişləndirilməsi və yaradıcı komandalar üçün daha geniş əməkdaşlıq imkanlarının yaradılması planlaşdırılır.
Əməliyyata əsasən, hər bir “WBD” səhmdarı bağlanış zamanı 23,25 dollar nağd və 4,50 dollar dəyərində “Netflix” səhmı əldə edəcək. Səhm hissəsi əməliyyatın bağlanmasına yaxın müəyyən ediləcək VWAP qiymətinə uyğun tənzimlənən “collar” mexanizmi ilə qorunur.
Satınalmanın tamamlanması “Discovery Global”ın ayrılması, tənzimləyici təsdiqlər və “WBD” səhmdarlarının razılığı daxil olmaqla standart şərtlərdən asılıdır. Bağlanışın 12–18 ay ərzində baş tutacağı proqnozlaşdırılır. (Valyuta.az)
