Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı ƏmirxanMovlayevlə bağlı açılan cinayət işindəyekun qərar verilib.
Göygöl Rayon Məhkəməsininhökünə əsasən, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunan 70 yaşlı həkim 2 il müddətinəazadlqıdan məhrum edilib. Onun cəzası 1 il sınaq müddəti müəyyən edilməkləşərti hesab olunub.
ƏmirxanMovlayevlə bağlı cinayət işiötən il Göygöl RMX-na 39 qızdırma ilə gətirilən üç aylıq körpənin sonradan evşəraitindəölməsi ilə bağlı olub.
Məhkəmədə ifadə verən həkim ittihamları qəbul etməyib. Ekspert rəyi ilərazılaşmadığını bildirən pediatr qoyulan diaqnozun heç birəlamətiolmadığını bildirib:
“Pnevmoniya diaqnozu qoyulsa da, bunu hər kəs bilir ki, bu halda uşaqda göyərmə,öskürək, ayrıəlamətlər olmalı idi. Ekspertölüm səbəbinipnevmaniya, bağırsaqda xoralıemperit kimi göstərib, onlar necə baxır, xoralıemperit bir günə bunu edə bilərdi? Ekspert diaqnozundaperitanit yazıb, bu isə ayıbdır. Heç olmasa insanda məntiqi düşüncə olar. Ekspert deyir ki, ekspertizanı tək keçirib, axı bu bir nəfərin işi deyil və yarım saatərzində bunları etməsi mümkün olmaz. Maraqlıdır, hərüç rəydə yazılıb ki,təqsirləndirilənşəxs xəstəni müayinə edib, klinik diaqnoz təyin edib və digər yardımları göstərib. Sonra davalideyinlərinə xəstəxanadaqalmalarını təklif edib, ancaq onlar uşağın vəziyyəti yaxşı olması iləəlaqədər qalmaqdan imtina ediblər. Bu, xəstələrin qəbul kitabında da qeyd olunub. Başa düşə bilmirəm, deyirlər, xəstəxanadaqalmayıblar, bəs nəüçün ittiham olunuram? Nə dərəcədə məntiqə uyğundur ki, uşağı yoxlamışam,qarınının yumşaq olmasını və ciyərlərində sərt tənəffüseşidilməsini görmüşəm. Ekspert rəyində qeyd olunan xəstəliklər olsa idi, uşağınüzündə, dodaqlarına baxanda bunu müəyyən edərdim. Ekspert rəyi tamamilə başdan-ayağa qərəzlidir”.
Məhkəmədə körpənin anası Türkan Məmmədova (soyad şərti) bildirib ki,Əmirxan həkim müayinə zamanı tibb bacısına uşağa iynəvurulmasını tapşırıb, sonra hərtərəfli uşağı yoxlamağa başlayıb və yarım saat– 1 saatgözləmələrini, uşağın qızdırmasının düşəcəyini deyib:
“Yarım saat sonra uşağın qızdırması düşdü. Həkim “qalmaqisdəyirsizmi” deyə soruşdu, biz də dedi ki, gedirik evə,nəsə olsa, yenidən gələrik. Həkim dərmanlar yazdı, evə gəlib dərmanı verdikdən sonra uşaq qaytarmağa başladı, körpənin vəziyyəti pisləşdi və yenidən xəstəxanaya yollandıq. Əmirxan həkimamoxilin vəsiafen dərmanları yazmışdı. Dedi ki, bu dərmanlar antibiotik tərkiblidir.Əmirxan həkim bir gün xəstəxanada qalmağı təklif etdi, amma qızdırması düşdüyü üçün evə getməyə qərar verdik”.
Ananın sözlərinə görə, 4 iyun 2024-cü il tarixə qədər uşağın hər hansı ciddi problem olmayıb:
“Uşağın qızdırması 37 olduqda heç birşey etmədim, körpə bir gün elə qaldı. İlk gündənƏmirxan həkimdənşikayətçi deyiləm, gələcəkdə dəolmayacam”.
Qeyd edək ki,ƏmirxanMövlayev 1973-1979-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1980-1987-ci illərdə Xanlar Mərkəzi Rayon Uşaq xəstəxanasının baş həkimi vəzifəsindəçalışıb. 1987-2023-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində işləyib. 2023-cü ildən tibb müəssisəsinin Uşaq şöbəsinin müdiri vəzifəsindəçalışır. (Teleqraf)