DünyaSiyasət

ABŞ-ın Avropaya yeni sürprizi: “Milli Təhlükəsizlik Strategiyası – 2025”

ABŞ özünün yeni Təhlükəsizlik Strategiyasını açıqlayıb.

Sənəddə yer alan bəzi müddəalarla tanış oldum. İnşallah, sabah bütün hamısını oxuyacağam. İlk təəssüratın nə oldu, bilirsinizmi?

Yadınızdadırsa, Tramp Ukrayna üçün sülh təklifini açıqlayanda bəzi Avropa mediası belə bir fikir irəli sürmüşdü ki, plan deyəsən Rusiya tərəfindən hazırlanıb, ABŞ prezidentinin ovcuna soxuşdurulub. ABŞ-ın yeni Təhlikəsizlik Strategiyasının Avropa və Rusiya ilə bağlı hissəsini vərəqlədikcə, ağlımda eyni fikirlər oyandı. “Deyəsən bu sənədi də Trampın əvəzinə Putin hazırlayıb”, – dedim öz içimdə.

Sənəddən bəzi hissələri diqqətinizə çatdırır və yorumu Sizin öhdənizə buraxıram:

“Avropanın real problemləri daha da dərindir. Qitə Avropası 1990-cı ildəki 25 faizdən bu gün 14 faizə qədər qlobal ÜDM-dəki payını itirməkdədir – qismən yaradıcılıq və əməksevərliyə xələl gətirən milli və transmilli qaydalar səbəbindən. Lakin bu iqtisadi tənəzzül sivilizasiyanın məhv edilməsinin real və daha sərt perspektivi ilə kölgədə qalır.

Avropanın üzləşdiyi daha böyük problemlər arasında Avropa Birliyinin və siyasi azadlığı və suverenliyi pozan digər transmilli strukturların fəaliyyəti, qitəni dəyişdirən və ixtilaflar yayan miqrasiya siyasəti, söz azadlığına senzura və siyasi müxalifətin yatırılması, doğum nisbətinin azalması və milli kimlik və özünə inamın itirilməsi yer alır. Mövcud tendensiyalar davam edərsə, 20 il və ya daha az müddətdə qitə tanınmaz hala gələcəkdir. Beləliklə, bəzi Avropa ölkələrinin iqtisadiyyatlarının və Silahlı Qüvvələrinin etibarlı müttəfiq olaraq qalacaq qədər güclü olacağı bəlli deyil. Bu ölkələrin bir çoxu hazırda intiqamla indiki yollarını davam etdirirlər. Avropanın Avropa olaraq qalmasını, sivilizasiya özünə inamını bərpa etməsini və tənzimləyicilər tərəfindən uğursuz boğulma cəhdindən imtina etməsini istəyirik.

Özünə inamın bu çatışmazlığı Avropanın Rusiya ilə münasibətlərində daha aydın görünür. Avropa müttəfiqləri, nüvə silahları istisna olmaqla, demək olar ki, hər cəhətdən Rusiya üzərində ciddi güc üstünlüyünə malik idilər. Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində Avropanın Rusiya ilə münasibətləri hazırda çox pisləşib və bir çox avropalılar Rusiyanı ekzistensial təhlükə kimi görürlər. Avropa ilə Rusiya arasındakı münasibətlərin tənzimlənməsi həm Avrasiya məkanında strateji sabitlik şəraitinin bərpası, həm də Rusiya ilə Avropa dövlətləri arasında münaqişə riskinin azaldılması üçün ABŞ-ın əhəmiyyətli diplomatik iştirakını tələb edəcəkdir” və s.

Qısası, sənəddən belə anlaşılır ki, Tramp hakimiyyəti özünü qorumaq gücünə malik olmayan və ÜDM-nin mühüm hissəsini hərbi strukturlarına deyil, sosial siyasətlərə yönəldən xırda Avropa dövlətlərini özünün müttəfiqliyinə layiq görmür, böyük ehtimalla, onların NATO-dan çıxarılmasını tələb edəcək, əks halda özü bu alyansdan ayrılacaq.

Tramp hakimiyyətinin gözümçıxdıya salacağı Avropa ölkələri kim olacaq, sizcə? Məncə, ABŞ-ın Milli Təhlükəsizlik Staretegiyasında tərifi verilən kriteriyalara ən çox Balkan ölkələri uyğun gəlir. Belə çıxır ki, yaxın illərdə Rusiyanın qabağına atılacaq növbəti “qurban payı” Estoniya, Latviya və Litva olacaq.

Heydər Oğuz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azərbaycanla Türkiyə arasında yeni protokol imzalandı – FOTO

redaktor

Bolton Azərbaycanın adını niyə çəkib – Kremlin Cənubi Qafqazla bağlı “xüsusi planı” ola bilər

redaktor

Rusiyalı kosmonavt orbitdə qaldığı müddətə görə rekord qırdı

redaktor