Almaniya Kansleri Olaf Şoltzun prezident İlham Əliyevə zəng etməsi və Almaniyaya səfərə dəvət etməsi, heç də təsadüfi görünmür.
Son günlər ölkədə baş verən həbs dalğasının birinci raundu ilin sonuna kimi yekunlaşmalıdır.
Keçmiş Prezident Administrasiyasının Rəhbəri ilə bağlı məlum olaylar haqqında hələ, Ramiz Mehdiyevə cinayyət işi başlamazdan öncə, söz-söhbətlərin dolaşdığı və hökumətə yaxın saytlarda ard-arda məlumatların yayıldığı vaxtda, cəmiyyət üçün geniş yazı paylaşmışdım.
Ramiz Ənvəroviçə cinayət işi başlayanda isə, bu prosesin müxalif camiyəni tam neytrallaşdırmaq üçün nəzərdə tutulduğunu və sensasion həbslərin baş verəcəyini yazımda qeyd etmişdim.
Prezident İlham Əliyevin Almaniyaya səfərə dəvət olunması, ölkə daxilində baş verən proseslərin qaynar vaxtı ilə üst-üstə düşür. Yəni bu gediş, daha bir sensasianın başlanğıcı ola bilər.
AXCP sədri Əli Kərimlinin həbs olunmasını demək olar ki, kimsə gözləmirdi.
Mehdiyev cinayəti başladılandan sonra bu reallaşdı.
Son hadisələrdən biraz da əvvələ getsək, xaricdə yaşayan bloggerlərə və ictimai fəallara qarşı silsilə cinayət işləri qaldırıldı və qiyabi hökm oxundu.
Bu onu göstərirdi ki, hadisələrə start verilmək üzrədir.
Əli Kərimlinin həbsindən sonra, növbə xaricdəki müxalif blogger və siyasi fəallara çatdı.
Düşünürəm ki, maksimum səy göstəriləcək.
Yadınızdadırsa, bununla bağlı Siyavuş Novruzov və digər deputatlar müxtəlif formada eyni müsahibələr verdilər. İsrarla qeyd etdilər ki, onlar da gətiriləcək.
Hələ o zaman Ramiz Mehdiyev cinayəti açığa çıxmamışdı.
İndi isə, güman edirəm ki, İlham Əliyevin Almaniyaya bu dəfəki səfərinin əsas mövzusu , bu ölkədə yaşayan müxalif siyasi fəal və bloggerlərin Azərbaycana gətirilməsi ilə bağlıdır.
Çünki artıq hüquqi zəmin yaranıb. Beynəlxalq müstəvidə hüquqi proseslərə start verilib və bu prosesin adı ” Dövlət Çevrilişi”-dir.
Dəlil və sübutlar var. Almaniyanın istədiyi faktlar ortaya qoyulsa və qane etsə, Dövlət Təhlükəsizlik Xidməti Almaniyadan əliboş qayıtmayacaq.
Almaniya son illər etibarlı ölkə statusunu itirməkdədir. Hərşeyin mənfəət üzərində dövr etdiyini və hazırki dünyəvi prosesləri nəzərə alsaq, heç kimə, hansı ölkədə müxaliflərə, hansı cəzaların veriləcəyi, o qədər də maraqlı deyil.
Ən sərt halda bir-iki nüfuzlu beynəxalq nəşrlər məlumat yazacaq və bununla da bitdi.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli bəy Kərimliyə qarşı yeni ittihamların hazırlandığına da şübhəm yoxdur.
Güman edirəm ki, partiyanın öz içindən illərlə inandığı adam və ya adamlar növbəti məhkəmə proseslərində üzünə duracaq(Bəlkə də artıq baş verib).
Yeni maddə və ittihamlar, bir neçə epizod üzrə aparılacaq.
Növbəti ilin ilk ayından isə, ya partiyanın bağlanılması ilə bağlı gedən söz-söhbətlərin reallaşması üçün qəti addımlar atılacaq, ya da partiyanın başına hökumətə yaxın adam gətirməyə çalışılacaq.
O, yaxın adamın kim olduğunu, göydə Allah (c.c) , yerdə isə, şanlı hökumətimiz bilir.
PS: Həqiqət acı olur.
Zamanında bir müxalif dostuma kimin-kim olması barədə hələ, iki il əvvəl məlumat vermişdim.Mənə etiraz edib inanmaq istəməmişdi , incimişdi(Dost incikliyi).
Heyif, gözəl insan həbsdəsən.O qədər saf və təmiz insansan ki, səni başa düşürəm.İncisən də , mən səndən incimədim.
Ona görə də, aramıza aldığımız insanları dəfələrlə yoxlamalıyıq.Yoxlamalıyıq ki, bu günümüzdə kürəyimizi söykədiyimiz yerdən əmin olaq.
