DünyaSiyasət

Macarıstan Aİ-nin Ukraynaya maliyyə yardımını blokladı – Belçika da Rusiya aktivlərini “qorumağa” qalxıb

Macarıstan Avropa Komissiyasının Ukraynaya maliyyə dəstəyi ilə bağlı təklifini bloklayıb. “Politico” nəşrinin yaydığı məlumata görə, bu təklif Rusiya aktivlərindən istifadə barədə razılaşma əldə olunmadığı halda tətbiq edilməsi nəzərdə tutulan “B planı” kimi qiymətləndirilirdi.

Brüssel Macarıstanın etirazına səbəb olan təklif çərçivəsində Ukraynaya yardım üçün 90 milyard avroluq ümumavropa istiqrazlarının buraxılmasını planlaşdırırdı. Budapeşt buna qarşı çıxaraq təşəbbüsün irəli getməsinə imkan verməyib.

Nəticədə, Aİ-nin 2026-cı il üçün Ukraynaya maliyyə dəstəyi göstərmək üçün hazırda yeganə alternativi Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməkdir. Lakin bu mexanizmə də ciddi etiraz edən tərəflər var. Əsas maneə – Belçika. Çünki Rusiyanın böyük həcmdə dondurulmuş aktivləri məhz Brüsseldə yerləşən Euroclear klirinq mərkəzində saxlanılır. Belçika hökuməti hesab edir ki, Moskva aktivlərin qaytarılmasını birbaşa Belçikadan tələb edə bilər və bu, ölkəni böyük hüquqi risklərlə üz-üzə qoyar. Euroclear rəhbərliyi də Komissiyanın planını “real deyil” kimi qiymətləndirib.

Cümə axşamı Almaniya kansleri Fridrix Merz və Belçikanın Baş naziri Bart de Vever arasında bu məsələ ilə bağlı danışıqların keçirilməsi gözlənilirdi.

“Bloomberg” isə günün əvvəlində yazmışdı ki, ABŞ bir sıra Aİ ölkələrini “reparasiya krediti” ideyasını dəstəkləməməyə çağırır. Vaşinqton hesab edir ki, Rusiya aktivləri gələcəkdə Moskva ilə sülh müqaviləsinin əsas aləti olmalıdır və onların indi istifadə edilməsi “müharibənin uzadılmasına xidmət edir”.

Amerikanın təqdim etdiyi mümkün sülh planının bir variantına əsasən, dondurulmuş Rusiya aktivlərindən 100 milyard dollar ABŞ-nin idarəçiliyi altında Ukraynanın bərpasına sərf edilə bilər, Vaşinqton isə əldə olunan gəlirin 50 faizini alar. Rusiya bu planları qəti şəkildə rədd edir və aktivlərin müsadirəsini “oğurluq” adlandırır. (AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

“OZ damğası” – Günəş hərəkətdədir, həyat da hərəkətlədir

redaktor

35 gün erməni əsirliyində qalan Mobilə yüksək vəzifə verildi – FOTO

redaktor

Yer özü-özünü “yeyir”: Türkiyənin alt qatlarında Yer qabığı dərinliyə doğru “sürüşür”

redaktor