DünyaGündəmİdmanQalmaqal

Türkiyədə tanınmış futbol adamları saxlanıldı – Növbəti genişmiqyaslı əməliyyat, yeni QALMAQLLI olay

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun futbolda qanunsuz mərc fəaliyyətləri ilə bağlı apardığı istintaq çərçivəsində bu səhər genişmiqyaslı əməliyyat keçirilib.

Məlumata görə, əməliyyat zamanı bir sıra futbolçular və bəzi klub rəhbərləri polis tərəfindən saxlanılıb.

Onların sırasında məşhur futbol şərhçisi Ahmet Çakar,  “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş və “Qalatasaray”ın oyunçusu Metehan Baltaçı da var. A.Çakar tibbi müayinədən keçirilmək üçün xəstəxanaya gətirilib.

Ahmet Çakar müxbirlərin “Niyə saxlanılmısınız?” sualına “bilmirəm” deyə cavab verib.

“CNN Türk”ün müxbiri Merve Tokaz canlı yayımda əməliyyatın bu gün səhər saatlarında həyata keçirildiyini bildirib.

Tokazın sözlərinə görə, saxlanılanlar arasında klub rəhbərləri, futbolçular və idman şərhçiləri var:

“Baş Prokurorluq tərəfindən başlanılan istintaq çərçivəsində MASAK hesabatları və iddiaların mərkəzində olan şəxslərin hesab hərəkətləri araşdırılıb. Bu gün səhər İdman Cinayətləri Bürosu tərəfindən əməliyyat keçirildiyi məlumatı var. Hazırda dəqiq say açıqlanmayıb”, – deyə o bildirib.

Saxlanılan şəxslərlə bağlı hüquqi proses davam etdirilir. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kremldən Bakıda keçirilmiş gizli görüşə REAKSİYA

redaktor

“Neftçi” 3 il sonra yenidən Avropa səhnəsində

admin

Ələsgər Məmmədli: “Azad fikri, azad sözü dəmir barmaqlıqlar arxasına məhkum etmək mümkün deyil”

admin