Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarla bağlı 13 sənədi çap etdirməsi həm Ermənistanda, həm də Moskvada böyük rezonans doğurub. O, deyib ki, sənədlərin təhlili belə nəticəyə gətirib ki, onilliklərlə davam etmiş danışıqlar prosesi heç zaman Dağlıq Qarabağ münaqişəsinin həlli barədə olmayıb. Danışıqlar prosesinin məqsədi Ermənistanı və müəyyən mənada həm də Azərbaycanı tələdə saxlamaq olub. Danışıqların əsas məqsədi Ermənistanı müstəqil dövlət olmağın qarşısını almaq olub. Bir az da irəıli gedib deyə bilərəm ki, regionun suveren, firavan olmasını əngəlləməyə yönəlmişdi.
“Dağlıq Qarabağ üçün nəzərdə tutulan status 1996-cı il ATƏT-in Lissabon Sammitində təsbit edilmişdi və bu paketdə Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququndan istifadə etməli və Azərbaycan daxilində özünüidarə statusu alması ifadə olunmuşdu. Mən özümə sual verdim: bu paketə əsasən Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmaya bilərdimi? Və cavab aldım: Ola bilərdi, əgər Azərbaycan razı olsaydı. Deməli, bütün paketlər Dağlıq Qarabağın o dövrdə mövcud olan statusunun ləğvini nəzərdə tuturdu.
Qarabağ məsələsi hələ 1996-cı ildə həll olunmuşdu, sadəcə bizə bunu demirdilər”.
