2009-cu il idi… Hvan Don-hyok adında bir adam tam bildiyin dibdədir. Pulu yox, işi yox, adamın gələcəyi ümumiyyətlə görünmür. Nənəsi ilə kiçik, sıx bir evdə yaşayırdı. Hər gün oyananda ilk düşündüyü tək şey, görəsən bu gün nə yeyəcəm? olurdu….
Amma əlindən buraxa bilməyəcəyi bir ssenariyası var idi. Qaranlıq, ağır, çox real bir hekayə. İnsanların pul üçün ölüm oyunlarına girdiyi bir nağıl. Oxuyanda deyərsən ki, adam ürəyini boşaldıb kağıza..
Ssenarini göndərir hər yerdən eyni reaksiya: Çox qaranlıq bir ssenaridir bizlik deyil, O biri mən bunu çəkə bilmərəm, çox risklidir, Digəri YOX bizə yaramır, çox dəlisovdur. Yox, yox, yox….
Yəni elə bil hammı birləşib bir ağızdan qardaş, bunu heç kim görmək istəmir deyirdi…
İllər keçir… amma heç nə dəyişmir. Bir tək artan onun aclığı olu. Pul da yox, vəziyyət də kritik…
Və bir gün, Hvan məcbur qalıb öz laptopunu 675 dollara satır. Elə o laptop ki… on il boyunca bütün ümüdu, bütün xəyalları, bütün gecələri orda idi. Laptop gedir. Ümid də gedirmiş kimi olur…
Amma həyatın bir qəribə qaydası var: ən qaranlıq yerdə bəzən işıq görünür. Bir tərəfdən bağlayırsa digər tərəfindən açır…
2010-ların sonlarına doğru Netflix Asiyada, xüsusən də Cənubi Koreyada öz orijinal layihələrini yaratmağa başlayır. Onlar yeni, fərqli, riskli hekayələr axtarırdılar. Prodüserlər Hvanla əlaqə saxlayır. Netflix-in Koreya kontenti üzrə prodüserləri Hvan haqqında artıq bilirdilər və onun keçmiş işlərinə baxmışdılar. Onun yaratdığı filmlər müəyyən festival mükafatları qazanmışdı. Onlar Hvana, Yeni layihələrin varmı? Fərqli bir şey? Hvan da illərlə tozlanan ssenarini götürür, bir az yenidən işləyir və Netflix-ə təqdim edir.
Və nəhayət bəyənilir adı da, Squid Game – Kalmar Oyunu. Nə məşhur aktyor var, nə böyük reklam, nə də milyonluq büdcə. Netflix düşünür ki, maksimum 2 milyon adam baxar. Amma fərqlilik olar… Amma nə olur? 28 günə 111 milyon adam baxır. Tarixin ən güclü startı.
Bildiyin bütün yer kürəsi partlayır…. 900 milyon dollarlıq dəyər. 2,8 milyard saat izləmə. Və bir fenomen. Hamının tutmaz dediyi iş, tarixin ən yaxşısı olur. Və, burada ən təsirli məqam gəlir. Hvan cəmi 1 milyon dollar qazanır. Nə bonus, nə royaltı. Ondan soruşanda özünü, Necə hiss edirsən? O da sakitcə gülümsəyib deyir: Mən varlı deyiləm. Amma ən azı yeməyim var.
Bir vaxtlar yemək üçün laptop satan adam, axırda öz hekayəsi ilə bütün dünyanı doyurdu.