CəmiyyətGündəmQalmaqal

Güzəştli mənzillərin onlayn satışı ilə bağlı nə baş verib ?

Maraqlıdır ki, MİDA ötən gün keçirilən güzəştli mənzillərin onlayn satışı ilə bağlı indiyədək heç bir rəsmi açıqlama verməyib.

Saytında və sosial resurslarında bu haqda heç bir rəsmi açıqlama yerləşdirilməyib.

İlk dəfədir ki, belə hal müşahidə olunur.

Əvvəllər MİDA satış keçirilən gün ilkin məlumatları açıqlayırdı.

Xatırladıram ki, çoxsaylı istifadəçilər ötən gün keçirilən satış prosesində xeyli çatışmazlıqların, xüsusən də texniki problemlərin, satış başlayan an sistemin ani olaraq çökməsinin, sistemdə onlayn satış prosesini icra etməyin mümkün olmadığını bildiriliblər.

Əvvəlki satışlarda adətən sistemdə prosesi icra etdikdən sonra mənzillərin əldə edilməsinin mümkün olmadığı bildirilirdisə, bu dəfə ümumiyyətlə seçim prosesini icra etməyin mümkün olmadığı bildirilib.

Ümid edirəm MİDA və aidiyyətı qurumlar baş verənlərə aydınlıq gətirəcəklər.

 

Osman Gündüz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ölümcül fəsadları olan palma yağını AQTA niyə faydalı hesab edir? – ARAŞDIRMA

redaktor

“Onlar kişiliklərini sübut etmək üçün bu cür danışırlar“ – Xeyrəddin Qoca

redaktor

Bakıda DƏHŞƏT: keçmiş arvadını və oğlunu güllələyən şəxs tutuldu

admin