Cəmiyyətİqtisadiyyat

“NAZİR NƏDƏN MÜQAYİSƏNİ YARIMÇIQ APARIB?” – “Bəs inflyasiyanı niyə demirsiniz?”

Son günlər hökumət üzvləri əhalinin sosial durumunu reallıqdan fərqli təqdim edərək, müxtəlif mübahisəli rəqəmlər səsləndirirlər.

Tacxeber.com xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində bu mövzuyla bağlı paylaşım edib:“Növbəti hüquqşünas nazir, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib ki, sitat: “Biz minimum əməkhaqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Minimum əməkhaqqını 130 manatdan 400 manata çatdıra bilmişik”.

2018-ci ilin yanvarın 1-də ölkədə minimum əmək haqqı 130 manat idi, bəli, indi 400 manatdır. Bəs yaxşı inflyasiya, yəni, rəsmi rəqəmlər necə dəyişib?

2018-ci ildə 2,3%, 2019-cu il 2,6%, 2020-ci il 2,8%, 2021-ci il 6,7%, 2022-ci il 13,9%, 2023-cü il 8,8%, 2024-cü il 4,9%, bu il isə hələlik 6% civarındadır.

Yaxşı, 2018-ci ildə ət neçəyə idi – kilosu 10-11 manat, indi neçəyədi – 20 manat civarında. 2018-ci ildə yağ neçəyə idi – 14-15 manat, indi neçəyədi – 22-25 manat arası.

Kommunal xidmətlər, nəqliyyatda gediş haqqı, ərzaq və dərman qiymətləri 2018-dən bəri nə qədər artıb?! Hüquqşünas nazir nədən müqaisəni yarımçıq aparıb?!

Minimum əmək haqqının artmasından əziyyət çəkən, bəli-bəli, əziyyət çəkən yüzminlərlə insan var – VÖEN-lə çalışanlara böyük yük düşür. 2018-ci ildə minimum əmək haqqı 130 manat olanda VÖEN-lə çalışanlar DSMF-yə 32 manat 50 qəpik ödəyirdilər, indi 400 manat olub, DSMF-yə 100 manat, özü də, ayda nə qədər dövriyyən olur-olsun, yenə də 100 manat ödəməli olursan.

Hökumətin hüquqşünaslardan ibarət iqtisadi komandasına dəfələrlə müraciət etmişik, publik çıxışlarımızda demişik ki, qanunvericilikdə VÖEN-lə çalışanların DSMF ödənişlərinin minimum əmək haqqına bağlılığını qaldırın, qanundan o cümləni çıxardın, daha doğrusu, Milli Məclisə elə təkliflə gedin – etmirlər. Bu bağın, o cümlənin qalması kiçik sahibkarlara əlavə yükdür, sabah, məsələn, mimimum əmək haqqı, lap elə 800 manat oldu, o zaman hər ay 200 manat ödəmi olacaqlar axı, bu ədalətsiz və məntiqsiz yanaşmadır.

Onu da deyim ki, mimimum əmək haqqı məsələsi formal göstəricidir, 400 manat olması nəyə təsir edir ki?! Hə, dövlət-özəl bu rəqəmdən aşağı maaş verə bilməz (əslində verir, yarımştat rəsmiləçdirərək), amma, indi bəyən 400 manata işləməyə (Bakı və Abşeronda, böyük şəhərlərdə) kim razı olar ki?! Ay ərzində nəqliyyat və nahar pulu belə 400 manatdan çox olur…

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada evə basqın edib, azərbaycanlının həyatına son qoydular

redaktor

“Aldığımız kitablar pornoqrafiya kitabı kimi ekspertizaya göndərildi”

redaktor

Avropalı deputatlar İlham Əliyevi siyasi məhbusları azad etməyə çağırıb.

admin