Rusiyanın quru qoşunlarının sabiq komandanı general Çirkin acı etiraflarla çıxış edib. Boynuna alıb ki, “səhvən özümüzü çox güclü saymışıq”:
– Biz elə bilirdik “əməliyyat” 3 günə başa çatacaq. Düşməni zəif saydıq, öz gücümüzü yüksək qiymətləndirdik.
– Ölkə rəhbərliyinə yalan məlumat verilmişdi, guya Ukrayna əhalisinin 70 faizi bizim tərəfimizdədir. Əslində isə tam olaraq əksinə imiş.
– “Əməliyyat”ın ilk həftəsində çox amansız bir dərs aldıq. Minlərlə əsgərimizi döyüş meydanında itirdik. Biz uzun sürən döyüş əməliyyatlarına hazır deyildik.(Bizim Yol)
