CəmiyyətDünya

Yaponiyanın ən varlı adamı

Bu şəkildəki kişini tanıyırsuz? Yaponiyanın ən varlı adamıdır, Tadaşi Yanai. Bu kişinin sərvəti indi 50 milyard dollardan çoxdur. Yazanda ki, çoxdur, bu artıq həqiqətən də çoxdur.

Amma 40 il əvvəl? Heç kim inanmazdı ki, bir gün milyarder olacaq. O vaxt Tadaşi sadəcə atasının paltar dükanında işləyən bir gənc idi. Yer də ki, Yaponiyanın Yamaguti adlı balaca, sakit bir yerində. Elə bir yer ki, insanlar ancaq bu ayı birtəhər keçirək deyib yaşayırdı.

Hamı elə bilirdi ki, Tadaşi atasının yolunu davam etdirəcək. Eyni dükan, eyni iş, eyni həyat. Amma bu uşaq fərqli düşünürdü.

Tadaşi yadına salır: o vaxt oturub fikirləşirdim kim deyir ki geyim mütləq dəbdə olmalıdır . Bəlkə geyim sadəcə rahat, sərfəli və funksional olsa, daha yaxşıdır?

O vaxt bütün brendlər trendləri izləyirdi, bu gün nə dəbdədir, sabah hansı fason çıxır hamı bu dərdin içində idi. Amma Tadaşi? illərlə sadə şeyləri mükəmməlləşdirirdi. Formasını itirməyən köynək, Hava kimi yüngül gödəkcə, Bədəni qızdıran-soyudan xüsusi alt paltarı. Hamı modanı rəngdə, şəkildə görürdü, bu isə modanı elmdən çıxarırdı.

Amma məhz bal kimi strategiya burada idi.
Başqaları dizayner axtarırdı, o isə kimyaçı alim işə götürürdü. Hamı trend izləyən zaman, o isə illərlə davam edən rahatlıq yaradırdı. Və nəticə?
Tadaşi təsadüfən paltarla məşğul olan texnoloji şirkət qurdu. Adı da nə oldu? Uniqlo

Airism, Heattech, ultrayüngül gödəkcələr hamsı insanların illərlə geyinə biləcəyi əşyalar. Ona görə də Uniqlo-ya gələn adam trend üçün yox, rahat həyat üçün gəlir.

Bu gün Uniqlo dünyanın demək olar ki, bütün böyük şəhərlərində var. Və hamının uğursuz olacaq dediyi Tadaşi sübut etdi ki, bəzən ən ağıllı addım, vacib olana fokuslanmaqdır.

 

Elnur Salehov

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna cəbhəsində şiddətli döyüşlər gedir

admin

Niyə bəzən insanın canı sıxılır?

redaktor

Kanadada xaricilərə ev almaq qadağan edildi

redaktor